Azərbaycan millisinin Latviya yığması ilə oyunu ərəfəsində Riqada səfərdə olan AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlər üçün brifinq keçirib.
QOL.az fanat.az saytına istinadən qurum funksionerinin müsahibəsini təqdim edir:
- Bu oyunun sentyabrda başlayacaq seçmə mərhələyə hansı təsiri olacaq?
- Vacib oyundur. Məşq xarakterli oyun olacaq. Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Məncə, nəticəsi yaxşı olmalıdır.
- Baş məşqçi Fernandu Santuşla fərdi söhbətiniz olubmu? Onun sabahkı görüşdən gözləntisi nədir?
- Təbii ki, olub. Komandadan yaxşı oyun gözləyir. Taktiki və oyunçu seçimi baxımından müəyyən gedişləri olacaq. Məşqçi komandasına güvənir. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- Sualım İnkişaf Strategiyası ilə bağlı olacaq. Son aylarda bir qədər sakitlikdir. Halbuki, konfransda çıxış edərkən bildirmişdiniz ki, sabahdan islahatlara başlanılacaq. Strategiya ilə bağlı işlər nə yerdədir?
- Yaxşı sualdır. Belə deyim, sakitlik deyil. Daxildə işlər gedir. Kadrlarla bağlı işlərdən başlayıb texniki yöndə islahatlar görülür. Məsələn, son həftələrdə strategiya ilə bağlı qrup yaradılıb. Artıq iki nəfər işləyir. Strategiyaya uyğun rəqəmsal siyasətlə, İP həllərlə bağlı yeni əməkdaşımız işə başlayıb. Deməyim odur ki, kənardan bəlkə sakitlik kimi görünə bilər, amma işlər gedir. Güman edirəm ki, bunun nəticələrini yaxın zamanlardan etibarən hamı görməyə başlayacaq.
- İcraiyyə Komitəsinin son iclasında Tahir Süleymanovun fikri ilə bağlı məsələ katibliyə tapşırıldı ki, təklif nəzərə alınsın və müzakirə olunsun. Bildiyimə görə, görüş olub. Təklif nə ilə bağlı idi və görüşün nəticələri nə oldu?
- Bəli, təkliflə bağlı Tahir müəllimlə görüşdük. Onun hansı istiqamətdə işləmək istəməsi müzakirə olundu. Danışıldı ki, növbəti görüş də olmalıdır. Tahir müəllim o görüşdə artıq detallı, konkret təkliflə gəlməlidir ki, işimizi davam etdirək.
- Aktual məsələlərdən biri də stadionla bağlıdır. Bu yöndə problemləri olan "İmişli" və "Karvan" növbəti mövsüm Premyer Liqada oynamalıdır.
- Bu, 10 komandadan 12 komandaya keçidin gözlənilən problemləridir. Qərar qəbul olunanda bilirdik ki, qarşımıza bu problem çıxacaq. Hazırda həm "Karvan", həm də "İmişli" ilə ciddi iş gedir. AFFA onlara köməklik göstərməyə çalışır. Yaxın günlərdə məsələ ilə bağlı irəliləyişi görəcəyik.
- Əvəzedicilər Liqasının ləğv olunması ilə bağlı xəbərlər dolaşır. Bu, müzakirə olunubmu?
- Hazırda heç bir qərar yoxdur. Bəlkə də müzakirə əsnasında belə fikir olub, ancaq ortada konkret qərar yoxdur.
- İnfrastruktur və uşaq futbolu ilə bağlı hansı addımlar atılır?
- İnfrastrukturla bağlı ilk addımlarımızı atmalıyıq və onu hansı istiqamətdə etməli olduğumuzu müəyyənləşdirməliyik. Uşaq futbolu, liqaların keçirilməsində meydança, stadion çatışmazlığı var ki, bunları yoluna qoymalıyıq. Büdcə planlaması çox vacibdir. Bütün işləri birdəfəyə həyata keçirmək olmur, 4 illik layihədir.
- Yaxında İcraiyyə Komitəsinin iclası gözlənilirmi?
- Fikir vermisinizsə, İcraiyyə Komitəsinin iclasları icraçı formatında keçirilir, yəni qərar kimi yox, müzakirələr şəraitində. Növbəti iclas ya iyunun sonu, ya da iyulun əvvəlində baş tutmalıdır. Bu da iş qrafikindən asılıdır. Bəzi işləri başa çatdırmalıyıq ki, İK üzvləri onunla tanış olduqdan sonra iclas keçirilsin.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video