Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi
ÖLKƏ FUTBOLU 6 İyun 2025 / 20:20 4709
-  A +

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

QOL.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq