Azərbaycanın U-21 millisi iyunun 4-də Belarusla qarşılaşdı və təəssüf ki, 1:3 hesabı ilə uduzdu. Ayxan Abbasovun baş məşqçi vəzifəsinə təyinatından sonra davam edən iki oyunluq məğlubiyyətsizlik seriyası da sona çatdı. Lakin Abbasovun özünün də dediyi kimi, oyunun ilk 35 dəqiqəsində olanlar gələcəyə ümid verir. Amma, əlbəttə ki, futbol 35 dəqiqədən ibarət deyil. Oyunboyu isə yaxşı səviyyədə və yüksək təzyiqlə oynamaq üçün, matçdan sonra Ağasəlim Mircavadovun dediyi kimi, görüləcək işlər çoxdur...
Belarusa çatan kimi artıq ölkənin özünəxas bir neçə xüsusiyyətini aydın şəkildə görmək olur. Hava limanında Ukraynadakı müharibə ilə bağlı çox diqqətli yoxlanışla rastlaşdıq. Köhnə və çox sadə tərzdə olan Minsk aeroportunu tərk edib isə otelə yollandıq. Taksi ərazidən çıxan kimi hər tərəfi yaşıllıq - sanki sonu olmayan meşəlik əhatəyə aldı. Əvvəlcədən Minskin bol ağaclı şəhər olduğunu bilsəm də, bu gözəl mənzərəyə baxaraq düşündüm ki, yəqin, şəhərə çatdıqda yaşıllıq bitəcək. Lakin mərkəzdə belə göl ətrafında salınan parkların, çoxsaylı ağacların olduğunu görəndə yanıldığımı anladım.
Ümumiyyətlə, Minsk şəhərini sırf insanlar üçün düşünülmüş şəhər adlandırmaq olar. Keyfiyyətli avtomobil yolları, bizim yaşlı və orta təbəqə insanlarımızın yenidən görməyi arzuladığı trolleybus və tramvaylar… Minskin bəzəyi.
Yerli əhalinin yol qaydalarına diqqətlə yanaşmasını da ayrıca qeyd edim.
Bu, təkcə avtomobil yollarına yox, həm də piyadalara aiddir. Səkilər və Bakıda olduğu kimi, Belarus paytaxtında da yeni çəkilən velozolaqlar çox geniş və rahatdırlar. Bu da yaşından asılı olmayaraq, insanların kütləvi şəkildə velosiped və piyada hərəkət etmələrinə gətirib çıxarıb.
Ümumən, şəhər əhalisi ilə bağlı böyük yazı yazmaq olar. Minskin təmiz və səliqəli görünüşünün başlıca səbəbkarı bəlkə elə yerli əhali özüdür. Adətən bu cür ab-havanı aidiyyatı dövlət qurumlarının nəzarəti ilə yaratmaq olur. Lakin Minskdə yerli camaatın öz şəhərlərin təmizmiyinə diqqətli münasibəti ən xoş sözlərə layiqdir. Onlar intizamlı davranışları ilə yanaşı, çox rahat və sərbəstdirlər. Hər kəs öz işi ilə məşğuldur, hərə öz yolu ilə gedir. Ən əsası da birinin davranışı və dincəlməsi digərlərinə maneçilik törətmir.
Belarusda idman sahəsinə də yetərincə əhəmiyyət verilir. Yuxarıda sadaladığım məqamlar, əlbəttə ki, yerlilərin aktiv və sağlam həyat tərzi yaşamasına yetərincə şərait yaradır. Amma əsas məqamla səfərimizin ikinci günü qarşılaşdıq...
U-21 millimiz oyundan öncəki hazırlıqlarını Belarus İdman Federasiyasının təlim-məşq bazasında keçdi. Düz meşənin ortasında tikilmiş bu bazada 10 təbii ot örtüklü meydança və sırf yüngül atletika üçün nəzərdə tutulmuş əlavə 2 meydança mövcuddur. Yenə də təkrarlayım ki, bu ərazi Belarus İdman Federasiyasına aiddir, hansısa klub və ya akademiyaya yox. İstər-istəməz bu görüntüdən sonra sual yaranır ki, bu şəraitdə yetişən oyunçu daş-betonun üzərində tikilən süni ot örtüklü meydançada yetişən futbolçu ilə necə eyni səviyyədə ola bilər? Nəinki oyunçu və ya idmançı kimi, bütün insanların sağlamlığı və orqanizmi bu iki fərqli mühitdə yetişdikdə, bir-birindən tamamilə fərqlənəcək.
Futbolçularımız bu cür şəraitdə yetişən həmyaşıdlarına qarşı birinci hissədən sonra tab gətirə bilmirlərsə, kimi qınayaq? Və daha önəmlisi niyə biz özümüz də bü cür yaxşı şəraitli meydançalardan sala bilmirik?
Belarus - Azərbaycan görüşü Baranoviçi şəhər stadionunda keçirildi. 3 minə yaxın tamaşaçı tutumu olan arena tam dolmuşdu. Hətta stadiondan kənar da oyuna baxanlar var idi. Qısası, böyük stadion olmasa da, hər yaşda olan azarkeşlər əsl futbol ab-havası yaratmışdılar. Nəzərə də almaq lazımdır ki, bu, yoxlama oyunu, iştirakçılar isə əsas milli yox, U-21 yığmaları idi. Amma buna baxmayaraq stadiona bayraqlarla xeyli tamaşaçı gəlmişdi. Biz isə son illər heç əsas millinin rəsmi oyunlarında stadionu yarısına qədər doldura bilmirik…
Cavad Musayev
Minsk
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi
Bolqarıstan millisinin baş məşqçisi istefa verdi
Millimizin sabiq futbolçusu 1-ci liqa klubunda
İtaliya millisindən tarixi göstərici
U-19 millimiz 6 qolla uduzdu
Kubokda püşkatmanın vaxtı açıqlandı
"Şamaxı"dan ayrılan futbolçu "Səbail"də
Şevçenko Bakıdakı futbol meydanşasının açılışında - Şəkillər
"Fənərbaxça"dan "Spartak"a - Rəsmi
1 il 3 aydır qələbə üzünə həsrətik...
"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi
PSJ-nin 2 oyunçusu millidə zədə aldı - Narazılıq yarandı
Nunu istefaya göndərildi
Qattuzo: "Bu, karyeramın ən çılğın oyunu idi"
"Tofiq Bəhramov"dakı bugünkü oyunun formaları - Şəkillər
"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri
"Onunla ömürlük müqavilə imzalamalıyıq"
Daha bir boksçumuz dünya çempionatının 1/4 finalında
İtaliyanın İsrail üzərindəki çətin qələbəsi - Video
DÇ-2026: İsrail - İtaliya matçında 9 qol - Nəticələr
"Fənərbaxça"da daha bir ayrılıq
"Səbail" qanalı Mustafanı transfer etdi
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda - Rəsmi
Xabi Alonso ən yaxşı məşqçi seçildi
Onana "Trabzonspor"a keçdi
2-ci liqada oyunların saatı açıqlandı
"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko
Naxçıvan stadionu ilə bağlı müsbət xəbər
Alfonso Dominqes 1/4 finala yüksəldi