Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatına bu gün yekun vurulub.
QOL.az xəbər verir ki, finala qədər irəliləyən Azərbaycan millisi həlledici matça çıxıb.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gəlib. Oyun yığmamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (dubl) vurub.
Buna qədər isə üçüncü yer uğrunda oyun keçirilib. Saat 18:00-da başlayan görüşdə Serbiya və Monteneqro milliləri qarşılaşıblar.
Oyunda Serbiya yığması 3:0 hesablı qələbə qazanaraq dünya çempionatını 3-cü yerdə başa vurub.
1 iyun
Dünya çempionatı
Final
20:00. Azərbaycan - Macarıstan - 4:2
Qollar: Təmkin Xəlilzadə, 2; Məhəmməd Xəlilov, 8; Rəvan Kərimov, 10, 29
3-cü yer uğrunda oyun
18:00. Monteneqro - Serbiya - 0:3
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib. Yığmamız 1/4 finalda İngiltərəni (2:1), yarımfinalda isə Monteneqronu (2:1) məğlub edib.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı