Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək oyun haqda danışıb.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o deyib:
“Sabah çox önəmli matça çıxacağıq. Son oyunlar öncəsi Monteneqro ilə qrup birinciliyi uğrunda mübarizə aparırıq. Mütləq qalib gəlməliyik. Bunu çox qol vuraraq əldə etsək, işimizə daha çox yarayar. Litva bizimlə oyundan sonra Monteneqro ilə qarşılaşacaq. Yəni Monteneqro son görüşdə onlara hansı nəticənin sərf edəcəyini bilərək meydana çıxacaq. Bu məqam Monteneqro yığmasına üstünlük gətirə bilər. Buna görə də, mümkün qədər çox qol vuraraq qələbə qazanmağa çalışacağıq. Komandamız oyuna tam hazırdır. Qızlar matçın əhəmiyyətini dərk edirlər. Fürsətdən istifadə edərək, azarkeşləri tribunalara dəvət edirəm. Bakıda çıxış edəcəyik və bizim üçün çox vacib qarşılaşmadır. Azarkeş amili böyük rol oynaya bilər. Onların dəstəyi çox vacibdir. Azarkeşləri sabah tribunalarda görmək qızlara əlavə motivasiya verər”.
Qeyd edək ki, mayın 30-da Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva görüşü saat 18:00-da başlayacaq.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi