"Hamı üçün çox vacib oyundur. Ən azından final görüşləri elədir ki, bütün klubların azarkeşləri bir yerə toplanır. Bayram kimi olur. Bizim azarkeşlər bizə azarkeşlik edəcək. Neytral azarkeşlər yaxşı futbola baxmağa gələcəklər".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalıda "Sabah"a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.
O, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında yaxşı oyun və nəticə göstərməyə çalışacaqlarını deyib: "Komanda olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərəcək. Kubok da əlavə prestijdir. Çempion olmuşuq, amma istərdik ki, finalda gözəl oyunla yaxşı nəticə qazanaq".
Mütəxəssis rəqiblərini belə dəyərləndirib: "Sabah" yaxşı komandadır. Son vaxtlar çox iddialıdır, gələcək üçün çox böyük işlər görür. Çempionatda 5-ci yerdə olsalar da, komanda bəlkə bu yerə layiq deyildi. Potensialına və fərdi oyunçularına görə daha yuxarıda olmağa layiq idilər. Vasili Berezutski də demişdi ki, kubokda iddialıdırlar, bura kökləniblər. Çox möhkəm kollektivə qarşı oynayacağıq. Belə komandalara qarşı, belə final oyunları oynamaq xoşdur. Klub, futbolçular belə oyunlarda inkişaf edir. Hər iki komandaya uğurlar arzulayıram. Çalışacağıq ki, yaxşı oyun alınsın. Xeyirlisi olsun".
Q.Qurbanov Vasili Berezutskinin "Sabah"a baş məşqçilik etməyindən sonra bu komandaya qalib gələ bilməməklərinin səbəbini açıqlayıb: "Bizə qarşı oyunlarda müdafiədə çox səliqəli oynayırlar. Çox diqqətli olurlar. Fərdi keyfiyyətləri olan futbolçular çətinlik yaşadırlar. Bu gün liderik, çempionatın qalibi olmuşuq. Hər zaman bütün komandalar liderə qarşı daha istəkli olurlar. Özümüz də bunu keçmişik. Əvvəllər liderlərə qarşı oynayanda, indi avrokuboklarda daha böyük komandaya qarşı oynayanda, istər-istəməz motivasiyamız daha yuxarı olur, məsuliyyətimiz daha çox olur. "Sabah" 5-ci yerdə oldu, amma bu yerə layiq deyillər, daha çoxuna layiq idilər. "Sabah" bizimlə çox fərqi olmayan komandadır".
Baş məşqçi həlledici matçın Sumqayıtda - Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda keçirilməsinə də toxunub: "Sumqayıtda meydança yaxşıdır. Orada futbola böyük maraq olur. Bizim oyunlarımızda həmişə stadion dolub. 7-8 min azarkeşi görürük. Futbolçular üçün də orada oynamaq xoş olacaq".
Q.Qurbanov sonda "Penaltilərə hazırlaşmısınız" sualını cavablandırıb: "Çox da ciddi yox. Hər bir halda, özləri bilmədən də şərait yaradırıq ki, hər futbolçu 1-2 penalti yerinə yetirsin".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi