"Bavariya" Conatan Tanın transferini açıqlayıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bayer"dən ayrılan mərkəz müdafiəçisi Münhen təsmilçisinə azad agent kimi keçib.
Almaniya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, daha əvvəl Ta "Barselona" ilə razılığa gəlmişdi, lakin kataloniyalıların maliyyə problemləri səbəbindən transfer gerçəkləşməmişdi. O, 2015-ci ildən "Bayer"də çıxış edirdi.
Bir müddət əvvəl onun "Real"a keçə biləcəyi haqda da xəbərlər yayılmışdı.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı