"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 36-cı turunda "Turan Tovuz"a 0:4 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, nəticənin bu cür olacağı ona əvvəlcədən bəlli idi.
Daha sonra mütəxəssis öz istefasından danışıb: "Dünən futbolçularla görüş oldu. Bunun neqativ tərəfləri bu gün meydanda görünürdü. Bəzi məsələlərdə rəhbərliklə razılaşa bilmədik. İkitərəfli razılıq əsasında ayrılmaq qərarı verdik. Mənim iddialarım, baxışlarım fərqlidir. Yeni rəhbərlik başqa cür düşünür. Futbolda belə hallar olur, olacaq da. Biz də daha güclü olmalıyıq.
A.Bağırov deyib ki, bu gün sonuncu dəfədir, "Kəpəz"dən danışır: "Burada yaxşı dostlar tapdım. Çoxlarının "Kəpəz"in üstündən xətt çəkdiyi vaxtda biz komandanı Premyer Liqada saxladıq. Sabah kimin qərar verəcəyini bilmirəm. Hər işdə bir xeyir var. Daha yaxşı şeylər olacaq".
O, nəticənin əvvəlcədən bəlli olması ilə bağlı sözlərə aydınlıq gətirib: "Baş məşqçi bilir ki, komandada qalmayacaq, futbolçular da bunu hiss edirsə, istər-istəməz ruh düşkünlüyü yaranır. "Kəpəz"də hansısa usta futbolçunun adını çəkə bilməzsiniz. Döyüşkənliyin hesabına xallar qazanmışıq və Premyer Liqada qalmışıq".
Mütəxəssis deyib ki, futbolçular heç vaxt bilərəkdən oynamaya bilməzlər: "Ruh düşkünlüyü oldu. Futbolçular çox hissiyatlı insanlardır".
A.Bağırov bildirib ki, klubun rəhbərliyi ilə hansı mövzuda razılaşa bilmədiklərini açıqlamayacaq: "Klubla mənim aramda olan məsələlərdir. "Kəpəz"dən ancaq yaxşı şeylər danışmaq istəyirəm. Komandaya uğurlar arzulayıram. Mən bu azarkeşləri sevdim. Mənim burada haqqım var. Vaxtımın çox hissəsini ailəmlə yox, futbolçularla, akademiya ilə keçirmişəm. Futbolda belə şeylər olur".
O, "Klub rəhbərliyi sizdən halallıq aldı?" sualına belə cavab verib: "Biz hər şeyə peşəkar yanaşırıq. Bir insan həm ibadət əhli, həm də dünyəvi insan ola bilər. Həyat davam edir. Zaman hər şeyi göstərəcək. Futbolçulara həmişə bir söz demişəm, həyatda düz olmaq lazımdır. Düzsənsə, rahat olacaqsan"
Mütəxəssis qeyd edib ki, "Kəpəz"də qaldığına görə peşman deyil: "Bəlkə də bu hadisə həftələr əvvəl baş versəydi, "Kəpəz" Premyer Liqada qalmayacaqdı. Mən çox sevinirəm ki, azarkeşlər "Kəpəz"i gələn mövsüm də Premyer Liqada görəcəklər. Gəncəyə böyük futbol yaraşır".
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı