Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bugünlərdə İspaniyanın “Barselona” klubunun düşərgəsinə gedib.
QOL.az xəbər verir ki, 52 yaşlı mütəxəssis səfəri zamanı Kataloniya komandasının işi ilə yaxından tanış olub.
Q.Qurbanov “Şamaxı” ilə dünən keçirilən Misli Premyer Liqasının 36-cı turunun matçından sonra səfərlə bağlı geniş açıqlama verib.
O deyib: “Demək olar ki, bütün yaş qruplarının məşqində iştirak etdim. O cümlədən əsas komandanın. Çox yaxşı səfər alındı. Klub rəsmiləri ilə söhbətlərimiz oldu. Eləcə də baş məşqçi Hans Fliklə. Hər biri ilə çox geniş danışa bilmədik. Çünki "Barselona" çox böyük klubdur. Onların mənim üçün vaxt ayırması heç də asan deyildi. Onların məşqində rahatlıqla iştirak etmək olmur. Öz prinsipləri var. İlk dəfə Pep Qvardiolanın vaxtında "Barselona"nın düşərgəsində olmuşdum. Həmin vaxt ulduzlar daha çox idi. Onda da, indi də heyətdə öz akademiyalarının futbolçuları çoxdur. Yaşlarını da bilirsiz, çox gənc komandadır. Mənim üçün ora getmək çox vacib idi. Bir şeyə əmin oldum ki, sistemi qoruyub-saxlamaq vacibdir. Onu icra edən futbolçular bu sistemi sevməlidirlər. Komandada adlı-sanlı futbolçunun olması o demək deyil ki, bütün işlər düzələcək. Tam əksi ola bilər. Öyrəndiyim çox şey oldu. Belə səfərlər həm böyük təcrübə, həm də inam verir. Bunun nəticəsində işin daha keyfiyyətli olur”.
Q.Qurbanov Bakıda fəaliyyətə başlayacağı gözlənilən “Barselona” akademiyası barədə fikir mübadiləsi aparmadıqlarını bildirib: “Orada belə bir söhbət olmadı. Əlbəttə ki, biz bu gün "Barselona" deyilik. Bizim şəraitimiz o dərəcədə deyil. Onların bazasında gəzəndə bilmirsən meydançalar harada bitəcək. Çoxlu meydançaları var. İşlərdən düzgün yararlanmaq üçün onların metodlarından istifadə etmək lazımdır. "Barselona"nın 100 illik tarixi var. Biz hələ böyük futbolu hiss etməyə yeni başlamışıq. “Barselona”nın Bakıda belə layihəsi bizim futbol üçün ancaq faydalı olacaq. Yaxşı futbolçular, məşqçilər, funksionerlər yetişə bilər. Uzunmüddətli iş rejimi olmalıdır. Müəyyən sistem qurulmalı və işlər görülməlidir”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi