"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 36-cı turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: “Maraqlı oyun oldu. İki qırmızı vərəqə göstərildi. Hər iki komandada kəskin, çoxlu qol epizodları gördük. Yaxşı ki, qalib gəldik. Kubok oyunundan öncə bizə özünəgüvən verəcək”.
Mütəxəssis bildirib ki, finaldan öncə onu narahat edən heç bir şey yoxdur: "Biz işləyirik. Az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oynayanlara istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq".
Berezutski daha öncə SSKA-nın UEFA kubokundakı qələbəsinin 20 illiyi şərəfinə keçiriləcək qala-matçda iştirak edib. O, deyib ki, həmin matçda kimi görübsə, çağırıb. Lakin gəlib-gəlməyəcəklərini bilmir.
Sabiq futbolçu Vladimir Qabulovun Rusiya mətbuatına verdiyi açıqlamasında "Sabah"a Vaqner Lavı transfer etməyə məsləhət verib. Berezutski bununla bağlı deyib: "Vaqner çox yaxşı, ağıllı oyunçudur. Yaş artdıqca sürəti azalsa da, yenə də korpusundan istifadə edərək yaxşı oynayır, topu kontrol edir. Əslində, çətin sualdır. Bilmək olmaz, Premyer Liqanın intensivliyinə dözər, ya yox. Amma futbolçu kim Vaqner əla futbolçudur".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi