“Yaxşı matç keçirdik. Çətin olsa da, qalib gəldik. 3 xalı gözəl oyunla əldə etdik”.
QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman Misli Premyer Liqasının 35-ci turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Toqolu müdafiəçi jurnalistlərə müsahibəsində bildirib ki, 4-cü yeri təmin etsələr də, mövsümün son matçına da qələbə üçün çıxacaqlar: “Sumqayıt”a qalib gəlməklə 4-cü yeri təmin etdik. Lakin arxayınlaşmırıq. Çempionat hələ bitməyib. Qarşıda daha bir matçımız var. “Kəpəz”lə görüşdə də qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik”.
Hakmanın sözlərinə görə, avrokuboklara yollanmaq üçün bütün ümidləri “Qarabağ”adır: “Təbii ki, finalda “Qarabağ”ın qalib gəlməsini istəyirik. Yalnız bu halda Konfrans Liqasına yollana bilərik. İnanırıq ki, belə də olacaq”.
30 yaşlı futbolçu “Turan Tovuz”un cari mövsümdəki çıxışından razı qaldınız?” sualını belə cavablandırıb: “Məncə, bundan artığına da nail ola bilərdik. Təəssüf ki, müəyyən səbəblər istəyimizə mane oldu. Xüsusən də aparıcı futbolçularımızın zədələnməsini qeyd etmək olar”.
Hakman sonda vurğulayıb ki, yeni mövsümdə də Tovuz klubunun formasını geymək istəyir: “Bəli, müqaviləm başa çatır. İndidən gələcəklə bağlı dəqiq fikir bildirməkdə çətinlik çəkirəm. Əlbəttə, mən komandada qalmaq istəyirəm. “Turan Tovuz”dakı durum məni qane edir”.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə