“Dünya çempionatına hazırlıqlar artıq son mərhələdədir. Əlamətdar haldır ki, bu gün şəhərimizin sakinləri və qonaqları üçün Dənizkənarı Parkda “Fan Zona” açıldı. İnsanlar asudə vaxtlarını burada keçirə bilərlər. Bu, dünya çempionatına marağı daha da artıracaq”.
QOL.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı “Fan Zona”nın açılışında deyib.
O qeyd edib ki, dünya çempionatının oyunlarını qəbul edəcək Milli Gimnastika Arenasında işlər tamamlanmaq üzrədir: “Artıq son işlər gedir. Arena qarşıdakı günlərdə tam hazır olacaq. Bildiyiniz kimi, mayın 19-da arenada veteranlar arasında çox maraqlı yoldaşlıq matçı keçiriləcək. Azarkeşlər, futbol ictimaiyyəti həmin matçı maraqla gözləyirlər”.
“Fan Zona”nı gəzən O.Məmmədov gənclərlə play-station da oynayıb: “Play-stationda “Barselona”nı seçməyim təsadüfi idi. Dünya futbolunda “Mançester Yunayted”ə azarkeşlik edirəm. “Fan Zona”nı şəhid övladları və ailələrinin ziyarət etməsi çox xoşdur. İnanıram ki, uşaqlar, gənclər burada istədikləri kimi əylənəcəklər, vaxtlarını xoş keçirəcəklər. Mən də imkan tapdıqca bura baş çəkəcəm. Dünya çempionatının bütün oyunları “Fan Zona”da da, böyük monitorda nümayiş etdiriləcək”.
Federasiya rəhbəri minifutbol millimizin mundiala hazırlığı barədə də danışıb: “Komanda məşqlərini davam etdirir. Bildiyiniz kimi, buna qədər yığmamız Monteneqroda beynəlxalq turnirdə qalib, Slovakiyada isə finalçı oldu. Futbolçular da hazırlıqları tamamlamaq üzrədirlər. Çempionat öncəsi BƏƏ millisi ilə yoxlama görüşü nəzərdə tutulub. İnanıram ki, komandamız mayın 21-də Bəhreynə qarşı görüşə qədər tam hazır olacaq”.
O.Məmmədov komandanın hədəfləri barədə isə bunları deyib: “Dünya çempionatının Bakıda keçiriləcəyini nəzər alsaq, azarkeşlər də, rəhbərlik də millimizin qalib olmasını istəyir. Məqsəd çempionluqdur. Amma bu, dünya çempionatıdır, rəqabət güclüdür. Yarışa iddialı komandalar qatılır. Ona görə də hesab edirəm ki, üçlüyə düşmək uğur sayılacaq”.
Milli üçün pul mükafatının ayrılması barədə sualı isə o, belə cavablandırıb: “Bəli, komanda üçün pul mükafatı nəzərdə tutulub”.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə