“Qarabağ” Futbol Klubunun İtaliyanın köklü klublarından “Udineze” ilə mövcud olan münasibətləri strateji tərəfdaşlığa çevrilir.
QOL.az xəbər verir ki, bu barədə Ağdam təmsilçinin yaydığı açıqlamada bildirilib.
Tərəflər arasında bir müddətdir aparılan danışıqlara əsasən müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın ilkin mərhələsi kimi, əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.
Razılaşmaya əsasən, “Qarabağ” FK Akademiyasının futbolçuları dövri olaraq “Udineze” klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçularımızın Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu mühüm əməkdaşlığın qurulmasında klubun prezidenti Tahir Gözelin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb. Tahir Gözel “Udineze” Futbol Klubuna sahiblik edən Puzzo ailəsi ilə dostluq münasibətləri bu strateji tərəfdaşlığın təməlini qoyub. Tahir Gözelin klubun gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və “Qarabağ” FK-nın beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.
"Əməli əməkdaşlığımıza əsas liqalarda olduğu kimi, aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiyamızın üzvləri İtaliyaya yollanacaq. İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcək mərhələdə məşqçilərin və klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur" - deyə məlumatda qeyd olunub.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə