“Rəşad Sadıqovun fikirləri ilə tanışam, oxumuşam. Bilirsiniz ki, U-21-də çalışanda mən də daim futbolçuların oyun təcrübəsinin olmamasından gileylənirdim. Məncə, Azərbaycanda yaxşı futbolçular olub, var və olacaq. Sadəcə, bizim yanaşmamız dəyişməlidir”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.
“Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Azərbaycanda futbolçu qıtlığı ilə bağlı danışıb. O qeyd edib ki, son 10 ildə bəlkə də 50 istedadlı futbolçunu itirmişik. Sadıqov "Azərbaycanda futbol yoxdur" deyənləri Azərbaycan futbolunun düşmənləri də adlandırıb.
S.Əliyev həmkarının fikirlərinə münasibət bildirərkən bu problemlərin kökündə klubların işə yanaşmasının durduğunu deyib: "Gənc futbolçulara inanmalıyıq, onların üzə çıxmasına çalışmalıyıq. İstər klub rəhbərləri olsun, istər də məşqçilər qollarını çırmalayıb bu istiqamətdə işləmək lazımıdr.
Problem klublardadır. Başqa harda ola bilər ki? Düzdür, indiyə qədər potensialına güvəndiyimiz futbolçular olub ki, 16-17 yaşında Premyer Liqada debut ediblər, amma sonra onların oyununda eniş yaranıb və gələcəkləri olmayıb. Futbolçuların özlərində də səhvlər olur. Amma problem bunda deyil. Problem klub rəhbərlərinin və məşqçilərinin gənclərə güvənməməsidir. Klublarda strategiyalar düzgün qoyulmur. Mən U-21-də çalışanda həmişə bundan gileylənirdim. Gənc futbolçuların meydana buraxılmadığını deyirdim. Amma görürdüm ki, bunlar heç kəsə lazım deyil. 1-2 məşqçini çıxmaq şərtilə gənc futbolçulara güvənənlər az idi. İndi Premyer Liqa klublarımızın əksəriyyəti avrokuboklar üçün mübarizə aparır. Buna görə də 1-2 uğursuzluq klub tərəfindən bağışlanmır. Bu səbəbdən məşqçilər gənc futbolçulara etibar etmir. Amma bir futbolçunu yetişdirmək üçün onu daim oynatmalısan. Tək oyunla yox, həm də onun həyat tərzini, futbola baxışını düzəltmək, psixoloji cəhətdən hazırlamaq lazımdır”.
S.Əliyev “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasovun U-21 millisinə baş məşqçi təyinatının müsbət nəticə verəcəyinə inanır: ”Sevindirici hal dur ki, Ayxan Abbasov U-21-i çalışdırır. Ümid edirik ki, o, “Şamaxı”da gənc futbolçulara şans verəcək və onlar özlərini göstərəcəklər, üzə çıxacaqlar. Necə ki, “Şamaxı”da Rüfət Abbasov və Edqar Ədilxanova şans verdi və onlar bu gün A millisinə də namizəddirlər. Yəni belə klubların sayı çox olsa, görün nə qədər yeni futbolçular üzə çıxar. Gəc futbolçuya matçın gedişində 5-10 dəqiqə yox, daha çox şans verilməlidir. Belə olanda əlbəttə ki, futbolçular inkişaf edəcəklər.
Klub rəhbərliyi Ayxan Abbasovdan nəticə istəsə, əlbəttə ki, bunları reallaşdırmaq mümkün olmaz. Sizə bir missal çəkim. Serbiyalı Milan Obradoviç U-21-i çalışdıranda onunla bir dialoqumuz olmuşdu. Dedi ki, sizin klublar niyə gəncləri oynatmır? Mən də klub rəhbərlərinin nəticə tələb etdiyini bildirdim. Dedi ki, Serbiyada da belədir, amma klub rəhbərləri həm də 20 yaşadək ən azı 1-2 futbolçunun əsas heyətdə oynamasını tələb edir. Yəni nəticə də istəyirlər, gənc futbolçuların inkişafını da”.
Məlum olduğu kimi, Azərbaycana qonşu olan hər 5 ölkədən bu mövsüm UEFA Çempionlar Liqasının final həyəcanını yaşayacaq futbolçu olacaq. Bununla bağlı da danışan S.Əliyev qeyd edib ki, bizdə də belə futbolçular yetişdirmək mümkündür, amma legioner limitinin ləğvi işi çətinləşdirir: “Biz deyirik ki, niyə qonşu ölkələrin futbolçuları Çempionlar Liqasının finalında oynayır? Bu gün Gürcüstan klubları avrokuboklarda hər hansı uğur qazanmır. Klub səviyyəsində uğuru düşünmürlər. Amma milli komanda səviyyəsində böyük uğurlara imza atıblar və buna davam edirlər. Çünki onların yanaşması bizdən fərqlidir. Onların məqsədi futbolçu yetişdirməkdir. Buna görə də klub futbolunu qurban veriblər. Mən demirəm ki, bütün klublarımız belə olsun. Amma heç olmasa 2-3 klubumuz futbolçu yetişdirmək strategiyası ilə işləsə, bizdə də gələcəkdə milli üçün futbolçular yetişər. Bunu etmək çətin deyil. Çünki getdikcə Premyer Liqada klub sayı da artır. Heç olmasa 2-3 klub bu yöndə istiqamət götürsə, bizdə də futbolçu yetişəcək. Amma legioner limiti ləğv olundu. Bundan sonra necə olacaq, Allah bilir. Deyirik ki, komandalarda rəqabət olsun. Amma rəqabət necə olsun? Əgər klub legioner futbolçu gətirirsə, aydın məsələdir ki, onu ehtiyatda oturtmayacaq. Çünki ona bəlli bir məbləğdə pul verir. Futbolçular eyni səviyyədə olanda da legionerə üstünlük verəcəklər. Klub rəhbərləri məşqçilərin qarşısına məqsəd qoymalıdırlar ki, gənc futbolçu yetişdirməlisən.
Necə olur ki, hər yerdə futbolçu çıxır, Azərbaycanda yox? Belə bir şey ola bilməz. Bəllidir ki, burda infrastrukdur problemləri də var. Uşaq futbolunda yaxşı məşqçilər çatmır. Amma bunlar da futbola yanaşmanın nəticəsidir. Bu yaxınlarda bizim futbol veteranlarımız Özbəkistana səfər etdilər. Onlar yerli klubların infrastrukturu ilə tanış olublar. Onların danışığından məlum olur ki, Özbəkistanda da futbol infrastrukturu bizdən yaxşıdır.
Mən U-20 millisini çalışdıranda Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirdik. Birində 0:0 oldu, birində isə onları 3:2 udduq. Həmin Özbəkistan millisinin heyətində Abdukodir Xusanov da oynayırdı. İndi həmin Xusanov “Mançester Siti”dədir. Amma bizim həmin heyətdə olan futbolçularımızdan nəinki biri ölkə xaricinə çıxıb, heç yerli çempionatda da oynamır. Yəni bax belə problemlər var. Bunu hamı bilir: klub rəhbərləri də, mütəxəssislər də, siz də. Ümid edək ki, Azərbaycanda nə vaxtsa bu istiqamətdə işlər görüləcək, klub rəhbərləri hər hansı bir plan cızacaq ki, yerli futbolçular üzə çıxsın”.
S.Əliyev sonda U-21 millisindən ayrıldıqdan sonra real iş təklifinin olmadığını da bildirib: “Nə yalan deyim, hər hansı bir təklif yoxdur. Bir söz-söhbət var idi. O da elə söz-söhbət olaraq qaldı. Premyer Liqa klubu idi. Şifahi formada danışıq olmuşdu, amma elə də qaldı”.
Ramiq Ağaməmmədov
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə