"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev UEFA Akademiyasının təşkil etdiyi Strateji Kommunikasiyalar üzrə Kompakt Kursunda (UEFA SCCC) iştirak edib.
QOL.az klubun saytına istinadən xəbər verir ki, o, seçimlər əsasında qatıldığı proqramın 6-cı buraxılışını uğurla tamamlayıb.
Avropa futbol qurumunun Nyon şəhərində yerləşən Baş qərargahında keçirilən təlimlərin yekununda Hacıyevə UEFA-nın diplomu təqdim olunub.
Dörd gün davam edən kurs çərçivəsində iştirakçılar müxtəlif sahələri əhatə edən intensiv sessiyalarda bilik və təcrübələrini artırıblar. Kurs zamanı strateji kommunikasiya planlaşdırılması və taktiki aktivasiya, böhran vəziyyətlərində kommunikasiya və simulyativ mətbuat konfransı, futbolda süni intellektin rolu, həmçinin rəqəmsal platformalarda kreativliyi mövzuları müzakirə olunub, fikir mübadilələri aparılıb.
Nyonda təşkil olunan bu nüfuzlu və intensiv kursa “Qarabağ”la yanaşı, Avropanın aparıcı futbol klublarının, federasiyalarının media və kommunikasiya rəhbərləri də qatılıblar. “Arsenal”, “Atletiko” kimi klubların, həmçinin La Liqa nümayəndələrinin çıxışları maraqla qarşılanıb və fikir mübadilələri ilə davam etdirilib. Təlimlər zamanı dünyanın müxtəlif ölkələrindən olan peşəkar kommunikasya mütəxəssisləri də fikir və təcrübələrini klub nümayəndələri ilə paylaşıblar.
Hacıyevin tədbirdə iştirakı daim təkcə meydanda deyil, bütün istiqamətlərdə fəaliyyətə, xüsusilə təhsil sahəsinə böyük önəm verən klubun dəstəyi ilə gerçəkləşib. Məhz bunun nəticəsidir ki, “Qarabağ”ın müxtəlif departamentlərinin nümayəndələri dəfələrlə dünya və qitəmiqyaslı təlimlərdə, tədbirlərdə ölkəmizi təmsil ediblər.
Xatırladaq ki, Hacıyev ötən ay Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib. O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən İşçi qrupda fəaliyyət göstərəcək.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi