"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarında keçirilən "İnter" – "Barselona" matçından (4:3) danışıb.
QOL.az xəbər verir ki, o, "beİN Sports" kanalının canlı yayımında Kataloniya komandasının qapısına təyin olunan penalti zərbəsi qərarından gileylənib:
"Mən bu cür penaltilərə qarşıyam. Hər epizoda az sürətdə baxsaq, nəsə tapmaq olar. Normal sürətdə Kubarsi möhtəşəm müdaxilə etdi və topu qazandı. Lautaro Martines həmin anda onun üzərinə yıxılırdı, penalti axtarırdı. Çünki artıq bilirdi ki, qol vura bilməyəcək. Fərq etmir, ayağa toxunuş var, ya yox. Kubarsi topu birinci qazanır, əsas məsələ budur. Qalanını Martines özü edir. Mənim fikrimcə, hakim səhv qərar verdi".
Qeyd edək ki, sözügedən görüşün 45+1-ci dəqiqəsində "Barselona"nın futbolçusu Pau Kubarsinin "İnter"in hücumçusu Lautaro Martinesin ayağına müdaxilə etdiyinə görə penalti zərbəsi təyin olunub.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi