“Belə bir oyunu gözləyirdim. Hər iki komanda əlindən gələni etdi. Yəni mübarizə getdi”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
77 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinalının “Neftçi” ilə “Sabah” arasında keçirilən cavab matçı ilə bağlı danışıb. O, 1:1 hesabı ilə başa çatan oyun və “Neftçi”nin kubokla vidalaşması ilə bağlı fikirlərini bildirib: “Neftçi” ilk hissədə çox yaxşı oynadı. Mən saydım, Filip Ozobiçin 3 qol vəziyyəti oldu. Bundan istifadə etmək lazım idi. İkinci hissədə isə “Sabah” çox güclü oynadı. Hətta 3-4 qol epizodundan istifadə edə bilmədilər”.
A.Mircavadov “Neftçi”nin baş məşqçisi Samir Abasovun oyundan sonra dediyi “Bu futbolçuları mən gətirməmişəm, komandanı mən qurmamışam” fikrinə də münasibət bildirib. Mircavadov qeyd edib ki, bir çox legioneri həqiqətən də “Neftçi”yə layiq oyunçu deyil: “Bu, bir adətdir. Yeni baş məşqçi gələndə əvvəlki məşqçinin oyunçularından komandada kimlərsə qalırsa, deyir ki, bunları mən gətirməmişəm, mənə vaxt lazımdır. Əslində mən də düşünürəm ki, Samir Abasova vaxt vermək lazımdır. Samir “Neftçi”də qalıb işləməlidir. Yerli, istəkli, öz üzərində çalışan məşqçidir. Mən də “Neftçi”nin oyunçularından narazıyam. Legionerləri “Neftçi”yə layiq deyillər.
Dünənki oyunda bütün komanda istəkli idi, əllərindən gələn qədər oynadılar. Amma bundan artığını edə bilmirlər. Səviyyələri bura qədərdir. Ona görə həmişə deyirəm ki, legionerləri elə seçmək lazımdır ki, “Neftçi”yə layiq futbolçular olsunlar. Niyə “Qarabağ”, “Sabah” yaxşı oyunçular tapır, “Neftçi” yox? Fərq bundadır. Bir də əsas məsələ odur ki, bizdə çox məşqçi futbolçunu aça bilmir. Amma məncə, cavan məşqçilərə vaxt vermək lazımdır. Tədricən düzələcək. Heç bir işdə tələsmək lazım deyil”.
“Neftçi”nin keçmiş çalışdırıcısı sabiq komandasının stabil oynamamasından və bunu səbəblərindən də danışıb: “Neftçi” ardıcıl 3-4 oyunda meydana optimal heyətlə çıxa bilmir. Məlumdur ki, yeni gələn baş məşqçi axtarışda olur. Mən deyərdim ki, “Neftçi”də hazırda çıxış edən oyunçuların çoxunun potensialı elə bu qədərdir. Bundan o tərəfi yoxdur. Amma “Neftçi” elə bir klubdur ki, hər il avrokuboklarda oynamalıdır. Bunu sözdə yox, əməldə göstərmək lazımdır. Çempionlar Liqası olmasın, olsun lap Konfrans Liqası. Çünki sən avrokuboklarda çıxış edəndə legioner oyunçular gətirmək imkanın daha çox olur. Ola bilər ki, “Neftçi”nin hansısa oyunçuları bəzən yaxşı çıxış edirlər. Amma sabit oyun yoxdur. Bu da onların səviyyəsi ilə bağlıdır. Yenə deyirəm, baş məşqçi Samir Abasova şans vermək lazımdır. Bu da klub rəhbərliyindən asılıdır. Necə qərar verəcəklər, zaman göstərəcək”.
Ramiq Ağaməmmədov
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu