"Zirə" və “Şamaxı”dan qələbə

"Zirə" və “Şamaxı”dan qələbə
PREMYER LİQA 20 Aprel 2025 / 20:53 9307
-  A +

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, son günə 2 matç nəzərdə tutulub.

Əvvəlcə "Kəpəz" "Şamaxı"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, turnir cədvəlində "Şamaxı" 34 xalla 7-ci, "Kəpəz" isə 28 xalla 9-cu yerdədir. 

Günün əsas oyunu isə Zirə İdman Komnpleksinin stadionunda keçirilib. Burada "Zirə" "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Zirə" 61 xalla 2-ci, "Sumqayıt" isə 29 xalla 8-ci yerdədir. 

Misli Premyer Liqası, 31-ci tur

20 aprel

19:00. “Zirə” – “Sumqayıt” - 3:1 

Qollar: Papunaşvili, 6 (1:0), Martins Juniyor, 45+1 (2:0), Bobir Abdixolikov, 52 (2:1), Salifu Suma, 89 (3:1)

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Zirə İdman Komnpleksinin stadionu

16:30. “Şamaxı” – “Kəpəz” - 2:1 

Qollar: Alfons Msanqa, 27 (1:0), Luis Paçu, 35 (1:1), Brahim Konate, 66 (2:1)

Qırmızı vərəqə: Maykl Tuik, 85 ("Şamaxı")

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Şamaxı şəhər stadionu

18 aprel

“Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1

19 aprel

“Qarabağ” - “Neftçi” - 3:0

“Sabah” - “Səbail” - 3:2 

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Salifu Suma ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ" - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Daha çox


Son xəbərlər