"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
– Məğlubiyyətin və qol vura bilməməyinizin səbəbi nədir?
– Qol vurmaq üçün hər iki hissədə bir neçə epizodlarımız oldu. Əfsuslar olsun ki, qapıya düşə bilmədik. Bu o anlama gəlmir ki, həmin epizodlardan yararlansaydıq, heç-heçə edəcəkdik və ya qələbə qazanacaqdıq. Çünki rəqibin də bizdən daha çox fürsətləri oldu. Əsas məsələ qol buraxmağımızdır. Hər oyunda davam edən proseslərdir. Matça başlayanda artıq çoxlu rotasiyalara əl atmışdıq. Çünki kuboku düşünürdük. Mən bura gələndən davam edən zədə problemləri var. Oyuna yaxşı başlamışdıq, nizam-intizamı qoruyurduq. Çalışırdıq hücumlara keçək. Amma yenə də bu il bizim problemimiz olan fərdi səhvlər ard-arda qolların nəticəsi oldu. Məncə, səbəblər budur.
– Azərbaycan derbisi olsa da, "Neftçi" artıq 4 ildir ki, "Qarabağ"a qalib gələ bilmir. Buna münasibətiniz nədir?
– "Neftçi"ni sevənləri başa düşmək olar ki, bu, oyundur və 3-4 gün sonra kubok oyunun olmasının, zədələrin çox olmasının fərqi yoxdur. Bunları başa düşürəm. Ona görə də cavab olaraq söz tapa bilmirəm.
– Murad Məmmədovun son oyunlarda şans almaması nə ilə bağlıdır?
– Murad ard-arda pis oynadıqan sonra özünə gələ bilmir. Halbuki biz onu pis oyuna görə silməmişik. Sanki pis göstəricilərini atlaya bilmir. Bu, açığı, məşqlərdə də görsənir. Son vaxtlar Muradı tanıya bilmirik. Onu heyətdən silmək fikrimiz yoxdur. Düzünü danışsam, bu gün Aleks Fernandeşi Muradla əvəzləmək istəyirdik. Sadəcə Rəhman Hacıyev özü əvəz olunmağı istədi deyə, Elcan Əbilovu oyuna buraxdıq. Amma Murad güvəndiyimiz oyunçulardandır. Biz gələndən daha çox şans qazandı və yaxşı da oyunları oldu. Sadəcə qarşısında elə maneələr var ki, özü onları aşmalıdır. İnşallah, biz də buna kömək edəcəyik.
– "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" "Qarabağ"ı bu mövsüm məğlub edə bilib, "Sabah" isə heç-heçə edib. Lakin "Neftçi" 4 oyunda da uduzub. "Neftçi" avrokuboklara getməyə layiqdir?
– Digər layiq olan komandalar üçün təkcə şərt "Qarabağ"ı məğlub etməkdirsə, bu məntiqi anlamıram. Başa düşürəm ki, 4 oyunu da uduzmuşuq. Mən bu mövsüm "Neftçi" ilə "Qarabağ"a qarşı 3 matçda çıxmışam. Sonuncu görüşdə isə çox da yaxşı oynadıq. Buna da səbəb o idi ki, kubok oyunları dayanmışdı, bütün oyunçular sırada idi. Düşünürəm ki, ən yaxşı oyunlarımızdan biri idi. Bu gün "Qarabağ"a uduzmağımız ağırdır, bunu anlayıram. Amma bu o demək deyil ki, Avropaya getməyə layiq deyilik. Düşünürəm, "Qarabağ"ı çıxmaq şərti ilə kimin layiq olub-olmadığını çıxarmaq üçün fikirləşmək lazımdır. Əgər sizin üçün tək prioritet "Qarabağ"ı məğlub edib getməkdirsə, niyə "Kəpəz" heç-heçə edərək getmir? Futboldur. Biz də istəyirik ki, bu cür şeylərə son qoyaq. İşimiz çoxdur. "Qarabağ" köklü və oturulmuş komandadır. Biz isə hər il dəyişilən "Neftçi"yik. İnşallah, bunu aradan götürüb yaxşı komanda qurmaq fikrindəyik.
– Rafael Quzzo "Şamaxı" ilə oyunda zədə səbəbindən əvəzləndi. Bu gün də həmin zədəyə görə əvəzləndi?
– Yox, başqa zədə idi. Özü əvəzlənməyi istədi. Ciddi zədəyə oxşamır. Sadəcə toqquşma oldu. Sadəcə özü istədi deyə, dəyişmək məcburiyyətində qaldıq.
– Qarşıdakı "Sabah"la matça qədər zədədən sıraya qayıdanlar olacaq?
– İnşallah, inanırıq. Biz fiziki məşqçilər və həkimlərlə birgə qərar verdik ki, yeni zədədən qayıdanlara bu gün müəyyən qədər vaxt verək, formada qalsınlar. Bunlar Emin Mahmudov, Andrey Ştoqrin, Mustafa Sek, Dembo Darbodur. Sırf buna görə onları meydana buraxdıq. Ola bilər, kimsə bundan sonra oynasın, ya da oynamasın. Bu zədələrin səbəbləri bizə bəlli deyil. Bu, böyük problemlər yaradır. İnşallah, heç olmasa kubok oyununa qədər oyunçular sağalar, sonrasını baxarıq.
– Darbonun yerinə Bassalu Sambu niyə oynamadı? Kubokda da cəzalıdır.
– Darbo iki aya yaxındır oynamırdı. Nəzərə alsaq ki, kubokda təkcə hücumçumuz Ağadadaş Salyanski olacaq, Darbonu oyun tempini hiss etməsi üçün meydana buraxdıq. Matçdan əvvəl plan qurmuşduq. Darbo da dəyişilməli idi, lakin planlar pozuldu. Quzzo və Rəhman 90 dəqiqə oynamalı idilər, amma özləri əvəz olunmağı istədilər. Darbonu sırf oyun formada olması üçün meydana buraxmışdıq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı