"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 31-ci turunda "Şamaxı"ya 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Bu gün rotasiyalar çox oldu. Dəyişikliklər də çox edə bilmədik, amma rəqib səhvimizdən istifadə edərək hesabda önə keçdi. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. İrəliyə baxmaq lazımdır. Çox çalışmaq lazımdır. Əgər ayaqlaşmaq istəyiriksə, meydanda çalışmaq vacibdir. Heyfsilənmək bizə bir şey verməyəcək. Bunu etməyə dəyməz. Məncə, səhvlərdən nəticə çıxarmaq lazımdır. Önəmlisi olan budur".
Mütəxəssis zədəli futbolçuları haqda da söz açıb: "İnşallah, növbəti turda geri qayıdacaqlar. Mahamadu Ba qayıdar, Rauf Hüseynli dəqiq deyil. Elmir Tağıyev isə sarı vərəqə limitinə görə oynaya bilmir".
A. Bağırov "Şamaxı" ilə oyunlarda daha çox çətinlik çəkdikləri ilə bağlı belə deyib: "Məndə də səhv ola bilər. Ümumi götürsək, bu gün rəqibə elə də çox şanslar vermədik. Oyuna da yaxşı hazırlaşmışdıq. Sadəcə bu cür oyunlarda psixoloji təzyiq daha çox olur. Amma bir neçə epizodlarımız oldu. Yəqin ki, bizim günümüz deyil idi".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı