AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Şamaxıda 14 yaşadək qızlar arasında “Qızlar Futzal Kuboku” keçirilib.
QOL.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 8 komanda iki qrupda mübarizə aparıb. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində üz-üzə gəliblər. Göylər kənd 2 №li tam orta məktəbin komandası turnirin qalibi. II və III yerləri müvafiq olaraq, 3 №li şəhər tam orta məktəb və 1 №li şəhər tam orta məktəb kollektivləri tutublar.
3 №li tam orta məktəbin şagirdi Nigar Mehəliyeva 4 qolla turnirin ən məhsuldar oyunçusu olub. Göylər kənd 1 №li tam orta məktəbin şagirdi Aysel Qasımova ən yaxşı oyunçu, Göylər kənd 2 №li tam orta məktəbin şagirdi Ayşən Rəhimli isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları Şamaxı Regional Futbol məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova, U-15 (qızlar) milli komandasının baş məşqçisi Gülənbər Qasımova və U-17 (qızlar) milli komandasının köməkçi məşqçisi Aytac Nemətova təqdim ediblər.
Qeyd edək ki, layihənin baş tutmasında əsas məqsəd gələcəkdə AFFA U-15 Qızlar liqasına və aşağı yaş qrupu üzrə milli yığma komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək