Filip Ozobiç “Neftçi” forması ilə Azərbaycan çempionatlarında 15-ci qolunu vurub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Xorvatiya əsilli yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 30-cu turuna təsadüf edib. O, “Zirə” ilə ev oyununda (2:4) hesabı açıb.
Ozobiç karyerasında 3-cü klubla Premyer Liqada 15 və daha çox qol vurub. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə fərqlənib.
Filip ölkə çempionatları tarixində 3 fərqli klubda məhsuldarlıq göstərən 6-cı, ən azı 3 komandada bunu bacaran 7-ci futbolçu olub. Onadək Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Samir Əliyev (MOİK, “Neftçi”, “Xəzər Lənkəran”), Rövşən Əhmədov (“Turan”, “Kəpəz”, “Şəmkir”), Kənan Kərimov (“Qarabağ”, “Şəmkir”, “Turan”), Fərrux İsmayılov (“Bakı”, “Neftçi”, “Karvan”) üç komandada 15 və ya daha çox qola imza atıb.
Mütləq rekord isə Nazim Əliyevə məxsusdur. O, 4 klubla – “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ” və “Bakı”da (əvvəlki “Dinamo”) belə məhsuldarlıq göstərib.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək