"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Ağır oyun alındı. Bizi nəyin gözlədiyini bilirdik. Sıx oyunlar qrafikindəyik. Birinci yox, ikinci hissədə oyunun tempini yüksəldə və epizodlar yarada bildik. Gedişat elə alındı ki, uda da, uduza da bilərdik. Bu görüşü unudub, gələn matça hazırlaşacagıq".
Mütəxəssis heyətdəki itkilərdən də söz açıb: "Heyətimizdə çoxsaylı zədəli futbolcular var. Paro, Bəxtiyar olmayanda biz də məcburiyyətdən müəyyən rotasiyalar edirik. Komanda şəklində ikinci hissədə oyunun axarını ələ almağı bacardıq".
E. Baxşıyev sıx oyun təqvimindən danışıb: "Futbol stressli idman oyunudur. Ona görə gərginliyin olacağı normal idi. Sıx qrafiklə oynamaq istəmirsənsə, gərək, iddialı olmayasan. Ona görə çempionat və kubok oyunlarını bir-birindən ayırmırıq".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək