"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 30-cu turunda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Maraqlı oyun oldu. Belə bir stadionda oynamaq xoşdur. Çünki əsl futbol ab-havası var idi. Şamaxıdan gələn azarkeşlərə təşəkkür edirəm. "Sumqayıt" azarkeşlərinə də təşəkkür edirəm. Sağ olsunlar, yaddan çıxarmadılar. Önəmli qələbə idi. Oyun olaraq da sevinirəm. Çünki hər iki hissədə üstün oynadıq. Rəqib əks-hücumda ilk dəfə cərimə meydançasına girəndə qol vurdu. Sevinirəm ki, oyunçularım oyundan qopmadılar.
Birinci hissədə də epizodlarımız oldu. İkinci hissədə isə qoldan əvvəl fürsət oldu, lakin vura bilmədik. Daha sonra iki qol vurduq və yenə də fürsətlər yaradırdıq. Son dəqiqələrdə rəqibin təzyiqi normal idi. Biz də dəyişikliklər edib bunun qabağını almağa çalışdıq. Önəmli 3 xaldır. Qarşımıza qoyulan məqsədə çatmaq üçün günü-gündən çalışırıq və buna yaxınıq. Bura gələndə inanmışdım. Tək nəticə yox, bir çox futbolçuları qazandırdıq. Bu, bizi sevindirir. Bu gün gənc futbolçularımız meydanda daha inamlı çıxış edirlər. Qarşıdakı oyunlar bizim üçün vacib olacaq. Çünki turnir cədvəlində irəliləyə bilərik. Ona görə hazırlaşıb çempionatın sonuna qədər mübarizə aparacağıq".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək