"Şamaxı" "Sumqayıt"a, "Turan Tovuz" "Sabah"a qalib gəldi

"Şamaxı" "Sumqayıt"a, "Turan Tovuz" "Sabah"a qalib gəldi
PREMYER LİQA 12 Aprel 2025 / 21:11 9537
-  A +

Misli Premyer Liqasında 30-cu tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç 1-i keçirilib.

Əvvəlcə "Turan Tovuz" "Sabah"ı qəbul edib. Görüş tovuzluların 2:1 hesablı qələbəsi ilə başa çatıb.  

Beləliklə, "Turan Tovuz" turnir cədvəlində 47 xalla 4-cü, "Sabah" isə 36 xalla 5-ci yerdə qərarlaşıb. 

Günün digər matçında "Sumqayıt" "Şamaxı" ilə qarşılaşıb. Bu görüş isə meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Beləliklə, "Şamaxı" 31 xalla 7-ci yerə yüksəlib, "Sumayıt" isə 29 xalla 8-ci pillədə qərarlaşıb. 

Misli Premyer Liqası, 30-cu tur

12 aprel

19:15. “Sumqayıt” – “Şamaxı” - 1:2 

Qollar: Roi Kehat, 9 (1:0), Maykl Tuik, 57 (1:1), Alfons Msanqa, 60 (1:2)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Turan Tovuz” – “Sabah” - 2:1 

Qollar: Anatoli Nuriyev, 14 (0:1), Ayxan Hüseynov, 56 (1:1), Joarlem Santos, 57 (2:1)

Qırmızı vərəqə: Pavol Şafranko, 45+1 ("Sabah")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu

13 aprel

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”

19:15. “Neftçi”– “Zirə”

11 aprel

“Səbail” – “Qarabağ” - 1:4 

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Davit Volkov ("Zirə") - 9 qol

Salifu Suma ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Nəriman Axundzadə ("Qarabağ") - 8 qol


Son xəbərlər