“Uzun müddətdən sonra bərpa olunan “Dinamo” artıq öz yetirmələri ilə 2-ci liqada mübarizə aparır. Bu gün çempionatda 1-ci liqaya yüksəlmək üçün də şanslarımız var. Gənc oyunçularla qısa zamanda futbol naminə yaxşı işlər görmüşük”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın 2-ci liqasında çıxış edən “Dinamo” klubunun prezidenti Yaşar Seyidov deyib.
O qeyd edib ki, “Dinamo” heç bir sponsor olmadan gələcək vəd edən oyun sərgiləyir: “Bizim komandamızın özəyini “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yetirmələri təşkil edir. Biz “Bakı” klubu fəaliyyətini dayandırdıqdan sonra – 2017-ci ildən “İsgəndər Cavadov adına Bakı Futbol Akademiya”sı ilə yola çıxdıq. “Dinamo”nun hazırda U-15, U-16, U-17, U-19 liqalarında çıxış edən komandalarında məhz “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın futbolçuları çıxış edir. O cümlədən bizim o vaxt akademiyamızda olan uşaqlardan 14 nəfəri hazırda “Dinamo”nun heyətində 2-ci liqada oynayırlar. Mən deyərdim ki, yaxşı da oynayırlar.
Bu gün “Dinamo” heç bir sponsor olmadan, öz akademiyamızın yetirmələri ilə 2-ci liqada cəsarətlə Premyer Liqa təcrübəsi keçmiş futbolçulara qarşı mübarizə aparır. Komanda çox yaxşı, gələcək vəd edən oyun göstərir”.
Y.Seyidov AFFA-nın “Dinamo”ya maddi dəstək olmasını istəyir. O, bununla bağlı yaxın vaxtlarda federasiyanın yeni baş katibi Cahangir Fərəcullayevlə görüşmək istəyində olduğunu bildirib:
“Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün biz ölkə futboluna dəstək yolunu tutmuşuq. Bir sosial layihə olaraq Bakı və ətraf kəndlərdən heç kimin tanımadığı 300-ə nəfərə yaxın gənci akademiyaya cəlb edib, ordan da “Dinamo”ya gətirə bilmişik. Hazırda Premyer Liqada çıxış edən klubların heyətində 42 nəfər, milliyə cəlb olunanlardan isə 7 nəfəri bizim - “Bakı” futbol akademiyasının yetirməsidir.
Heç bir maliyyə dəstəyi olmadan bu qədər işlərin görülməsi çox ürəkaçandır. Amma bizim də arzumuz var. Hazırda bildiyiniz kimi, Premyer Liqada çıxış edən klublarımızın akademiyalarının hər birinə aylıq 50 min manat dəstək verilir. Bu isə 10 klub üçün 500 min manat deməkdir. 500 min demirəm, amma bizdə çalışan məşqçilərin əməkhaqlarına, yaxud da futbolçuların nəqliyyat xərclərinə də kömək etmək olar. Mən inanıram ki, Azərbaycan futbolu adına gördüyümüz bu qədər yaxşı işi AFFA-nın yeni rəhbərliyi müsbət qarşılayacaq və bizə bu işlərin daha səviyyəli aparılmasında öz köməklərini əsirgəməyəcək.
Çalışacam ki, bu yaxınlarda AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayevlə görüşüm. Bildiyimə görə, futbolumuzun inkişafı ilə bağlı onun da çox yaxşı fikirləri var. Yaxın vaxtlarda onunla görüşüb, bütün gördüyümüz işlərlə bağlı məlumat verəcəm və onun da dəstək olmasını xahiş edəcəm. Ən azından nəqliyyat xərcləri, məşqçilərin əməkhaqqı, yaxud da idman geyim dəstləri ilə bağlı hər hansı bir dəstək olarsa, bizi sevindirər. Bizim doğrudan da gördüyümüz iş göz önündədir. Heç bir maddi dəstək olmadan Premyer Liqa klubları qədər iş görə bilmişik.
Bu gün AFFA-nın İnkişaf strategiyasında əsas məsələlərdən biri Avropanın aparıcı klublarının heyətinə düşə biləcək futbolçular hazırlamaqdır. Yeni baş katiblə görüşdə müzakirə etmək istədiyim məsələlərdən biri də məhz budur. Bildiyiniz kimi, bizim bu sahədə böyük təcrübəmiz var. “Atletiko” və “Lans”la kifayət qədər əməkdaşlıq etmişik. Bu təcrübədən də istifadə edərək bizim yeni layihəmizi həyata keçirmək istəyirik. Bu, Azərbaycan futboluna çox böyük fayda verər”.
Y.Seyidov qeyd edib ki, “Dinamo”nun maddi-texniki bazası normal olsa, futbolçuların hərbi xidmət məsələsi də onların bu klubda çıxış etməsi ilə həll oluna bilər ki, bu da bir çox perspektivli oyunçunun itib-batmasının qarşısını alar: “Bu məsələ hələ ki, açıq qalıb. AFFA rəhbərliyi ilə Daxili İşlər Nazirliyi arasında bununla bağlı bir neçə dəfə görüş keçirilib. Futbolçuların “Dinamo”da hərbi xidmət keçməsi ilə bağlı şifahi razılıq da əldə olunub. Ancaq bu məsələnin həll olunmamasının səbəbi maddi durumla bağlıdır. Çünki Daxili İşlər Nazirliyi bu məsələnin həll olunmasına çox isti yanaşsa da, “Dinamo”nun maddi-texniki bazası buna imkan vermir. Futbolçuların klubda qalmasına, qidalanmasına, təhlükəsizliyinə “Dinamo” klubu zəmanət verməlidir. Amma bizim bu gün maddi durumumuz buna imkan vermədiyi üçün ölkədə bir çox futbolçu problem yaşayır. Cahangir müəllimlə görüşümdə əsas müzakirə ediləcək məsələlərdən biri də budur. AFFA bu məsələdə “Dinamo”ya dəstək olarsa, milli komandanın futbolçuları gəlib burda icarədə oynayacaq və həqiqi hərbi xidmətlərini edəcəklər, daha sonra öz klublarına qayıdacaqlar. Bəzi klubsuz qalan futbolçular isə “Dinamo”da çıxışını davam etdirə bilər. Bilirsiniz ki, 1997-ci ildən 2004-cü ilə qədər bu məsələləri rahatlıqla həll edə bilirdik. Çünki o vaxt sponsorlarımız var idi. Fərrux İsmayılov, Ceyhun Sultanov, Rəfael Əmirbəyov, Anar Salmanov, Seymur Rəhimov, Ramin Quliyev və bir çoxları o vaxt “Dinamo”da rahatlıqla çıxış edib. Bu gün üçün sponsor olmadığı üçün bizə dəstək lazımdır. Ya AFFA, ya da hər hansı bir sponsor dəstək olsa, biz ölkə futbolundakı bu cür problemləri qısa zamanda yoluna qoyaraq istedadlı futbolçuların həqiqi hərbi xidmət məsələsini həll edərik”.
Ramiq Ağaməmmədov
Dembele 1-ci oldu
Çempionlar Liqasının kəşfi kimdir?
Azərbaycan milisinin baş məşqçisindən çempionluq şərhi
Azərbaycan millisi dünya çempionatının qalibi oldu
"Qarabağ"ın 5 legioneri milliyə çağrıldı
Çempionlar Liqasının rəmzi komandası bəlli oldu
"Real" itki ilə üzləşdi
"Mançester Yunayted" yeni transferini açıqladı
Tovuzda voleybol Festivalı keçirildi
"Fənərbaxça" 16 yaşlı vingerlə razılaşdı
PFL-dən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl - Video
"Mançester Siti" onun üçün 30 milyon avro ödəyir
Ter Ştegen "Barselona"dan gedir, ya qalır? - Özü açıqladı
"Şamaxı"nın legioneri milliyə cağrıldı
"Bayer"dən yeni transfer
UEFA PSJ-ni cəzalandıracaq
"Sabah"ın Avropa Liqasındakı mümkün rəqibləri bilindi
PSJ azarkeşlərindən diqqətçəkən pankart
Messidən dubl və 2 qol ötürməsi - Video
Parisdə 300-ə yaxın azarkeş həbs edildi
ÇL-in bombardirləri məlum oldu
Luis Enrikenin qələbə sözləri
Andrade üçün xüsusi hədiyyə
ÇL finalındakı 5 gözəl qol - Video
PSJ Çempionlar Liqasının qalibi oldu!
"Sabah"a ilk titulunu qazandıran qələbə - Video
"Heç bir sirr yoxdur" - Berezutski
"Təklifimizi etmişik, cavab gözləyirik" - Qurban Qurbanov
“Sabah”dan finalda möhtəşəm qələbə
Antoni "Betis"dən ayrıldığını açıqladı
"Barselona"nın transfer planları bilindi
"Sabah"ın heyətində məcburi dəyişiklik
U-19 millimizin təlim-məşq toplanışı üçün heyəti bilindi
"Barselona" danışıqlarda irəlilədi
Azərbaycan kubokunun finalı üçün - Heyətlər
Ayxan Abbasov U-21-in yekun heyətini açıqladı
"Ayaks"ın yeni baş məşqçisi bəlli oldu
"Şamaxı"da növbəti ayrılıq
Conni Evans karyerasını başa vurdu
"Real" futbolçusu ilə yolları ayırdı
Egemen Korkmaz millinin baş məşqçisi oldu