“Bizim üçün də çətin oyunlar olur. Premyer Liqa ilə 1-ci liqadakı futbol tam fərqlidir. Bizə çox xoşdur ki, əsas vəzifələrimizdən birini yerinə yetirdik. Deyə bilərik ki, “Qəbələ” layiq olduğu yerə çatdı”.
Bu sözləri QOL.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Elvin Yunuszadə deyib.
Azərbaycan millisinin sabiq üzvü mövsümün sonuna 7 tur qalmış Premyer Liqaya vəsiqə qazanan komandası üçün hər şeyin heç də asan başa gəlmədiyini bildirib: “Bu liqada hər oyun çətindir. Deməzdim ki, 1-ci liqanın səviyyəsi aşağıdır. Həqiqətən də 1-ci liqada yaxşı futbolçular var. Sadəcə, bizim işə yanaşmamız, düzgün analizlərimiz öz təsirini göstərdi. Təbii ki, uğur işə yanaşmadan başlayır. Klubda da gərək işlər düzgün qurulsun. “Qəbələ” bu sarıdan həmişə öndə gedənlərdən olub”.
Bölgə klubunda maddi cəhətdən heç bir problemlə üzləşmədiyini deyən 32 yaşlı müdafiəçi mövsümün sonunda mükafatlandırılacaqlarına da inanır: “Məncə, idmançı üçün ən birinci motivasiya elə çempion olmaqdır. Yəni bu haqda düşünməkdir. Çempionluq ən böyük pul mükafatından da önəmlidir. Təbii ki, bonuslar da olacaq. Çünki bu, bizim işimizdir, komandada hamı ailəsini dolandırmalıdır. Uğurun həmişə mükafatı olur. “Qəbələ” də elə bir klubdur ki, heç vaxt hansısa nailiyyəti mükafatsız qoymaz.
“Qəbələ”də maddi tərəfdən heç bir problem yoxdur. Hər şey vaxtında olur. Rəhbərlik də bu cür məsələlərə çox diqqət edir. Doğrudan da heç vaxt futbolçunu mükafatsız qoymurlar. Əslində çempionluğa oynayan komandada bunlar əsas şərtlərdəndir”.
E.Yunuszadə qeyd edib ki, Premyer Liqaya vəsiqə qazanmaq onları arxayınlaşdıra bilməz: “Bizim mövsümün əvvəlindən qarşımıza qoyduğumuz əsas məqsəd çempion olmaqdır. Hər şeydən əvvəl komandanın düzgün oyunu olmalıdır. İşlər elə qurulmalıdır ki, uğurlar ardıcıl gəlsin. Yəni biz təkcə bu mövsümü düşünməməliyik. Ona görə də hər hansı bir nailiyyət bizi arxayın edə bilməz. Premyer Liqaya vəsiqə qazanmışıq, amma çempion olmaq da əsas hədəfimizdir”.
“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu “Qəbələ”nin Premyer Liqada da iddialı olacağını vurğulayıb: “Qəbələ” Azərbaycanın böyük klublarından biridir. Ona görə də hamının gözləntisi odur ki, komanda yaxşı yerlər üçün oynasın. Premyer Liqamızda da dəyişikliklər olacaq, yeni komandalar mübarizəyə qoşulacaq. Ona görə də necə olacağını bilmək üçün bir az zaman lazımdır. Amma əlbəttə ki, “Qəbələ” yenə iddialı olacaq və ən yaxşı yerlər üçün mübarizə aparacaq".
2024-cü ilin yayından “Qəbələ”də çıxış edən futbolçunun “qırmızı-qaralar”la müqaviləsi mövsümün sonunda baş çatır. O, bundan sonra da "Qəbələ"də çıxış etmək istəyində olduğunu, ancaq hələlik müqavilə ilə bağlı danışıqların aparılmadığını deyib: “Hələ ki, əsas məsələ çempionluğu təmin etməkdir. Qarşımıza qoyulan məqsədə çataq, sonra bu haqda danışmaq olar. Yəqin ki, hər şey yaxşı olar. Futbolçu üçün “Qəbələ”də hər şey var. Məsləhət olsa, niyə də komandada qalmayım? Bir yerdə Premyer Liqaya qalxmışıqsa, bundan sonra “Qəbələ” kimi komandada oynamaq mənim üçün xoş olar”.
Ramiq Ağaməmmədov
"Qələbəyə çox inanırdım" - Azər Bağırov
"Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev
"Sumqayıt" 1/4 finala belə adladı - Video
"Kəpəz", "Sumqayıt" və "Qəbələ" 1/4 finalda
"Cəzam çox ağırdır, çünki heç kimi öldürməmişəm" - Saşa İliç
Messi Finalissimada oynayacaq, ya yox?
Emre Belözoğlu yenidən Superliqada
“Real”dan "Neqreyra işi" ilə bağlı ciddi addım
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Qəbələdə vurulan qollar - Video
Sumqayıtda heyətlər açıqlandı
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
"Mövsümün sonuna kimi yatmaq yoxdur" - Kaxaber Tsxadadze
Belarus millisinin baş məşqçisi istefaya göndərildi
2030-cu ilə qədər Serbiya millisində
Emeri yeni rekordçu oldu
"Qarabağ" - "Ayaks" matçının biletləri satışa çıxdı
"Seltik" ona tapşırıldı
Azərbaycanda futbolçuya 14 oyunluq cəza verilib
"Sabah"ın sabiq baş məşqçisindən yeni xəbər
"Qəbələ" - "Şəfa": Heyətlər açıqlandı
AFFA Saşa İliç və Ayxan Abbasovu cəzalandırdı
Şota Arveladze istefaya göndərildi
Juninyonun transferinə görə bu klub "Qarabağ"a rəqib oldu
"Bəlkə məni tez yola salmaq istəyirlər?" - Bədavi Hüseynov
Arda 5 matçdan sonra ehtiyatda qaldı - Alonsodan münasibət
Merih Demiralla müqavilə uzadıldı
Neymar bu dəfə het-trik etdi
Juninyo Braziliya çempionu oldu
"Çelsi"dən gözlənilməz məğlubiyyət, "Liverpul" xilas oldu
"İnter", "Napoli" və "Atalanta" 1/4 finalda
“Trabzonspor” Türkiyə kubokunun növbəti mərhələsində
"Real" "Atletik"ə böyük hesabla qalib gəldi
Yamal bu göstərici ilə La Liqanın ən yaxşı oyunçusu oldu
Salah yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfində
"Qarabağ"ı 1/4 finala aparan qələbə - Video
“Arsenal” “Ayntraxt”ın gənc oyunçusuna göz dikdi
“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov
“Yuventus”un müdafiəçisi sıradan çıxdı
Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşdi
"Sabah"ın qələbəsindən - Video
Almaniya klubu baş məşqçisi ilə yollarını ayırdı