“Neftçi”nin qapıçısı Emil Balayev Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qələbəni necə şərh edərdiniz?
- Bizim üçün çətin səfər oyunu idi. “Şamaxı” həqiqətən də yaxşı kollektivdir. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar da burada çox xal itiriblər. Əzmkar oyunçularla seçilən komandadır. Bu səbəbdən də matça çox ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, heyətimizdə zədəli oyunçu çoxdur. Məsuliyyəti hər bir futbolçu dərk edirdi. Baş məşqçimiz qapıçını oyunçu kimi belə meydana buraxsa, qələbə üçün canımızı qoyarıq. Hər oyunçu əzmkarlığı, istəyini meydançada qoydu. Şükürlər olsun ki, qələbə qazandıq.
- Bir neçə turdan sonra sizi yenidən start heyətində gördük...
- İlyarımlıq zədədən sonra bir neçə matçda meydana çıxmışdım. Lakin bu, ilk “quru” oyunum idi. Əvvəlki matçlarda qapımda qol görmüşdüm, bu dəfə isə rəqibin fərqlənməsinə imkan vermədik. Sevinirəm ki, oyun bu cür sonluqla bitdi. Komandada 30 futbolçu varsa, hər biri meydana çıxa bilər. Kimə şans verilsə, əlindən gələni etməli, yaxaladığı fürsəti dəyərləndirməlidir.
- Qeyd etdiyiniz kimi, heyətdə zədəli futbolçular çoxdur. Qarşıda isə “Neftçi”ni “Zirə”, “Qarabağ” və “Sabah”la oyun gözləyir. Bu çətin qrafikə komanda nə dərəcədə hazır olacaq?
- Bu, psixoloji cəhətdən bizə təsir etməli deyil. Biz “Neftçi”yik, nəyisə səbəb kimi göstərmək olmaz. Rəqibin kimliyi önəm daşımır. Təbii ki, heç kim zədədən sığortalanmayıb. Ona görə də qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq. Hər futbolçu məsuliyyəti dərk edir. Ola bilər taktiki, texniki cəhətdən hansısa səhv olsun, lakin həmin çatışmazlığı istək, əzmkarlıq, mübarizliyin sayəsində sığortalamalıyıq.
- Matçdan sonra azarkeşlərlə dialoqunuz oldu. Nə barədə danışırdınız?
- İlk növbədə azarkeşlərə təşəkkürümü bildirdim, səfərdə oynasaq da, onların sayəsində özümüzü evdəki kimi hiss etdik. Söhbət etdik. Hamımız - azarkeşlər də, futbolçular da başa düşürük ki, “Neftçi” həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparıb. Biz də istəyirik ki, komanda yüksək nəticələr qazansın, Avropaya yollansın. Şanslarımız bitməyib. Hər şeyi edəcəyik ki, istəyimizə çataq.
- “Sabah” və “Turan Tovuz”un ardıcıl xal itkiləri “Neftçi”ni dördüncü yeri tutmağa ümidləndirib?
Bəli, riyazi olaraq şansımız var. Lakin indiki məqamda gələcək oyunları deyil, yalnız hər növbəti matça köklənməliyik. Qismət Allahdandır. Biz beynimizdə bilməliyik ki, hədəfimiz var və əlimizdən gələni etməliyik ki, ona çataq. İnanıram ki, “Neftçi” ailəsinin hər bir üzvü bunu dərk edir.
- Çempionatdan şans qalsa da, əsas ümid kubokadır. “Sabah”la cavab matçında geridönüş etmək mümkün olacaq?
Dediyim kimi, biz yalnız hər növbəti matçı düşünürük. İndi kubok barədə düşünmürük. Qarşıda bizi “Zirə” ilə çətin çempionat oyunu gözləyir. Bütün fikrimiz yalnız həmin matçdadır.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video