"Neftçi" Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Mübariz Orucov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlərimizə təşəkkür edirəm. Bizə həmişəki kimi dəstək oldular. 7-8 oyunçunun xidmətindən məhrum idik. Bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi, heyətdə rotasiyalar etmişdik. Buna baxmayaraq, yaxşı mübarizə apardılar. Onlara təşəkkür edirəm.
- Zədəli futbolçulardan kimlər "Sabah"la kubok matçına kimi hazır olacaq?
- Bəzilərində yüngül zədədir, bəzlilərində ağır. İndi nəsə demək olmur. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edib meydana qələbə üçün çıxaq.
- Emil Səfərovun zədəsi ciddidir?
- Onun çiynində problem var. Emil də zədəlilər sırasına qoşuldu. Rafael Quzzo da uzun müddətdir oynamırdı. Bu gün o da zədələndi. Bizim üçün çox çətindir, zədəli oyunçular çoxdur. Çalışırıq ki, bu durumdan çıxaq.
- "Sabah"ın baş məşqçisi Vasili Berezutski Elvin Camalovu qeyri-peşəkar davranış sərgiləməkdə ittiham edib. Sizin buna münasibətiniz necədir?
- Oxumamışam, məlumatım yoxdur. Bilmirəm nədən danışıb, Camalovun hansı hərəkətini nəzərdə tutur. Nəsə deməyim düzgün olmaz. (sportal.az)
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?