"Sabah”in baş məşqçisi Vasili Berezutski deyib ki, komandasının bu gün “Kəpəz”ə qarşı oyunu uğursuz alınıb.
QOL.az xəbər verir ki, Misli Premyer Liqasının 29-cu turunda “Sabah” öz meydanında “Kəpəz”ə 0:1 hesabı ilə uduzub.
Rusiyalı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransımda oyunu şərh edib. O bildirib:
“Əgər biz hərəkət etməsək və mübarizə aparmasaq, turnir cədvəlində bizdən aşağıda olan komandalarla oyunlarda daim belə nəticələr olacaq. Belə oyunlarda daha çox çalışmaq lazımdır”..
O bildirib ki, hər oyunda qələbə qazanmalı idilər: “Amma bu cür münasibətlə bu, çətin olacaq. Yarı güclə oynamaqla qalib gəlmək mümkün deyil”.
Berezutsli bu həftə Azərbaycan kubokunun yarımfinal oyunundan sonra mətbuat konfransını tez tərk etməsi, bununla media nümayəndələrinə hörmətsizlik etməsi fikrinə də toxunub: “Burada heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Bu futboldur, bəzən emosiyalar baş alıb gedir. Həmin oyun ətrafında çox söhbət vardı. Bizim sabiq kapitanımız, hazırda “Neftçi”də çıxış edən Elvin Camalov özünü çox qeyri-peşəkar apardı”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video