Xəbər verdiyimiz kimi, "Qəbələ" 1-ci liqanın 20-ci turunda səfərdə "Baku Sportinq"ə qalib gələrək (5:0) ilk 3-lükdəki yerini təmin edib və Premyer Liqaya vəsiqə qazanıb.
QOL.az xəbər verir ki, kçub prezidenti Fariz Nəcəfov bununla bağlı "Qəbələ"nin rəsmi saytına müsahibə verib və bir sıra sualları cavablandırıb.
- Komanda Premyer Liqaya vəsiqə qazandı. Mövsümün qalan hissəsində “Qəbələ”nin hədəfi nə olacaq?
- Birinci liqada qarşıya qoyulan əsas məqsədə vaxtından əvvəl çatmağımız çox xoş oldu. Bu münasibətlə bütün “Qəbələ” azarkeşlərini, komandamızın üzvlərini, əziyyəti olan,uğurumuza sevinən hər kəsi təbrik edirəm. Amma təbii ki, hələ arxayınlaşlmaq olmaz. Mövsümün əvvəlində komandanın qarşısına 1-ci liqanın çempionu olmaq vəzifəsi qoyulmuşdu və bunun üçün də çalışmalıyıq.
- Amma növbəti mövsüm üçün planları artıq qurmaq olar. Büdcədə nə kimi dəyişikliklər olacaq? Elitaya qayıdış büdcənin daha da artırılmasına səbəb ola bilər?
- Komandamız Premyer Liqada çıxış etdiyi əvvəlki illərdə də kuboku qazanacaq, avrokuboklarda çıxış edəcək büdcəyə malik idi. Bu baxımdan deyə bilərəm ki, növbəti mövsüm də mübariz komanda formalaşdırmaq üçün dövlətin ayırdığı vəsaitdən əlavə lazım olan vəsaiti əldə etməyə çalışacağıq.
- Azarkeşləri maraqlandıran məsələlərdən biri də məşqçilər korpusu ilə bağlıdır…
- Ötən mövsüm hazırkı məşqçilər korpusu ilə müqavilə bağlayanda 1-ci Liqaya düşəcəyimiz halda atacağımız addımları da müzakirə etmişdik. Klub olaraq hər zaman uzunmüddətli proyektlərin üzərində işlədiyimiz üçün məşqçilər korpusu ilə də müqavilə müddəti 3 illik nəzərdə tutulmuşdu. Proyektimizin davamı olaraq da növbəti mövsüm Premyer Liqada dəyişiklik etmək fikrimiz yoxdu. Baş məşqçimizdən və köməkçilərindən razıyıq, onlarla işimizə davam edəcəyik.
- Komandanın heyətində bu il akademiyanın yetirməsi olan gənc futbolçular çoxluq təşkil edib. Gələn mövsüm Premyer Liqada da gənc futbolçuların xidmətindən daha çox yararlanmağı düşünürsünüz?
- İstənilən halda elitaya yüksəldiyimiz üçün heyətdə dəyişikliklər etmək məcburiyyətindəyik. “Qəbələ” futbol klubunun hər zaman əsas prioriteti gənc futbolçuları peşəkar şəkildə, milli komanda səviyyəsinə qədər yetişdirmək olub. Bu mövsüm də komandamızın əksər futbolçuları akademiyamızın yetirməsi olan gənc futbolçular idi. Sevindirici haldır ki, bu il aşağı dəstədə mübarizə aparmağımıza baxmayaraq akademiyamızın yetirməsi olan Şahin Şahniyarov milli komandaya dəvət aldı. Məşqçilərin qarşısına qoyulan vəzifələrdən biri də akademiyamızın yetirmələrini daha yuxarı səviyyəyə çatdırmaqdır. Bu siyasətimiz Premyer Liqada da davam edəcək.
- Növbəti mövsüm üçün AFFA-nın verdiyi qərarlardan biri də legioner limitinin ləğvi ilə bağlı oldu. Bu qərar komandanın formalaşmasına necə təsir göstərəcək? Legioner futbolçuların transferi gözlənilir?
- Əlbəttə, müasir futbolu legionersiz təsəvvür etmək çətindir. Bu baxımdan imkanlarımız daxilində daha potensiallı və uzun müddət xidmətlərindən yararlana biləcəyimiz futbolçuların transferi də qaçılmazdır. Yenə də bu istiqamətdə fəaliyyətimiz davam edəcək və keyfiyyətli əcnəbiləri cəlb etməyə çalışacağıq.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”