"Qarabağ"ın U-14 komandası "Aston Villa" və "Hamburq"la eyni turnirdə

"Qarabağ"ın U-14 komandası "Aston Villa" və "Hamburq"la eyni turnirdə
ÖLKƏ FUTBOLU 3 Aprel 2025 / 16:46 2233
-  A +

"Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” "SV EPE U14 Youth Easter Cup" turnirində qüvvəsini sınayacaq.

Yarış aprelin 18-20-də Niderlandda keçiriləcək. Ağdam təmsilçisinin rəqibləri “Utrext”, “Qo Ehed İqls”, “Feyenoord”, “Alkmaar”, “Epe” (hamısı Niderland), “Nordsyalland” (Danimarka), “Aston Villa” (İngiltərə), “Genk” (Belçika), “Volfsburq”, “Hamburq” (hər ikisi Almaniya) klubları və Lüksemburq milli komandası olacaq.


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner