Millimiz yoldaşlıq görüşündəki rəqibi Belarus yığması ilə sonuncu dəfə 2022-ci ilin iyun ayında qarşılaşıb.
UEFA Millətlər Liqası çərçivəsində “Liv Bona Dea Arena”da keçirilən oyunda meydana sonradan daxil olan Mahir Emreli 1 qol və 1 məhsuldar ötürmə ilə millimizin 2:0 hesablı qələbəsində önəmli pay sahibi olub.
QOL.az xəbər verir ki, hazırda Almaniyada “Nürnberq” klubunun formasını geyinən 27 yaşlı hücumçu AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.
– Almaniyada işləriniz necə gedir? “Nürnberq”ə və 2-ci Bundesliqaya tam uyğunlaşa bilmisiniz?
– Hər şey çox yaxşıdır. Mövsümün əvvəlindəki təlim-məşq toplanışında iştirak edə bilməmişdim. Amma qış hazırlığında kollektivlə birgə oldum. Bir-birimizə daha yaxşı uyğunlaşmaq imkanımız yarandı. Oyundan-oyuna artırmaq və komandama daha faydalı olmaq istəyirəm.
– Baş məşqçi Miroslav Kloze öz dövrünün ən güclü hücumçularından biri olub. Ön xətt oyunçusu kimi, ondan öyrəndiyiniz hansısa xüsusiyyət var?
– Onunla fərdi məşqlər də edirik. Müxtəlif məqamlara toxunur, təcrübəsini bizimlə bölüşür. Bunun da faydalarını oyunlarda görürük. Kloze ilə işləmək çox xoşdur. Hücumçuya xüsusi həzz verir, hər məşqdə, iclasda, fərdi söhbətdə baş məşqçidən nələrsə öyrənməyə çalışırıq.
– 2-ci Bundesliqa daha əvvəl çıxış etdiyiniz liqalardan nə ilə fərqlənir?
– Burada intensivlik, fiziki göstəricilər və rəqabət böyükdür. Polşa və Xorvatiyada olanda həmin ölkələrin çempion komandalarında çıxış edirdim. Rəqiblər istər-istəməz bizə qarşı qapanırdılar, oyuna dominantlıq edirdik. Amma burada digərindən aşkar üstün komanda yoxdur. Hər bir komanda öz oyununu göstərməyə çalışır və matçlarda kifayət qədər qol imkanı əldə edir. II Bundesliqada, xüsusən də, topsuz olduğun zaman nizam-intizama çox önəm verirlər. Bu da mənim üçün yeni haldır. Çünki əvvəlki klublarım çempionatın ən yaxşısı olduğundan, topsuz oyuna o qədər də fikir vermirdim. Burada taktiki sxemə, intizama ayaq uydurmalısan və məşqçinin xüsusən topsuz olduğun zaman verdiyi tapşırıqları yerinə yetirməlisən.
– Polşa, Xorvatiya, Türkiyə və Almaniyada legioner həyatı yaşamısınız. Ölkə xaricində oynamaq necə hissdir, azərbaycanlı həmkarlarınıza nəyi tövsiyə edərdiniz?
– Hər bir futbolçu üçün xeyirlisi nədirsə, o da olsun. Kiminsə legioner həyatı yaşamaq arzusu varsa, çəkinmədən bunu reallaşdırsın, düşünməsin ki, xaricdə mədəniyyət fərqlidir. Özlərini bu yöndə inkişaf etdirsinlər, ən önəmlisi inansınlar. Azərbaycan çempionatında yaxşı çıxış edən oyunçular var ki, orada özlərini daha rahat hiss edirlər. Ancaq xaricə getmək arzusu ilə yaşayan uşaqlar əllərinə belə fürsət düşən kimi, düşünmədən dəyərləndirsinlər. Ən azı özlərini yoxlasınlar. Sonra peşmanlıq çəkməsinlər ki, şans düşdü, istifadə etmədim. Ümid edirəm ki, futbolçularımız daha yaxşı klublarda çıxış edəcəklər.
– Millimiz Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Tanış rəqiblə növbəti duel nə kimi fayda verə bilər?
– Millidə olduğum zaman oyunun rəsmi və ya yoldaşlıq görüşü xarakterli olması arasında fərq qoymuram. Düzdür, yoldaşlıq matçlarında bəzi taktiki sxemlər, oyunçular sınaqdan keçirilir. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq. Xüsusən də, Belarus kimi “dişimizə” görə olan komandalar önünə qələbə üçün çıxmaq vacibdir. Belə qarşılaşmaların necə fayda verəcəyini isə rəsmi oyunlarda görəcəyik. Ümid edirəm ki, həmin görüşlərdən maksimum yararlanar, xalqımız üçün yaxşı futbol nümayiş etdirər və onların üzünü güldürərik. Bütün istəyimiz sırf bu yöndədir. Əlbəttə ki, uğur qazandığın zaman tarixə düşürsən və biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik.
– 2022-ci ildə UEFA Millətlər Liqası çərçivəsində Belarus seçməsini Bakıda 2:0 hesabı ilə məğlub etdiyimiz qarşılaşmada qollardan birinin müəllifi olmusunuz. Həmin matçı necə xatırlayırsınız?
– Həmin görüşü yaxşı xatırlayıram. İlk dəqiqələrdən ehtiyatda qaldığım üçün bir az əsəbi, narazı idim. Etik çərçivədə, futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır. Amma sonradan meydana daxil olaraq, bir qol vurdum və digər qolun məhsuldar ötürməsini verdim. Vurduğum qol gözəl alınmışdı. Ümid edirəm ki, millinin heyətində belə qollar daha çox vuraram. Həmin ana qədər 5 matç idi ki, nə qol vura, nə də qələbə qazana bilirdik. Belarusla qarşılaşmadan sonra yüksəlişə keçdik, ardıcıl 5 oyunda qələbə qazandıq.
– Bu il DÇ-2026-nın seçmə mərhələsində mübarizə aparacağıq. Rəqiblər Fransa, Ukrayna və İslandiya olacaq. Bu qrupda nəyə ümid etmək olar?
– Rəqiblərin gücü bəllidir. Belə komandalar önündə xəyal qurmağa ehtiyac yoxdur. Sadəcə, düzgün hazırlaşıb, meydana qələbə üçün çıxmalıyıq. Futbolda qalibiyyət də var, məğlubiyyət də. Ancaq bəzən necə uduzmağın da vacib olur. Elə olur ki, canını dişinə sıxıb mübarizə aparırsan, yaxşı oyun sərgiləyirsən, amma sonda məğlub olursan. Bu, haradasa bağışlana bilər. Bizdə insanların futbol anlayışı gündən-günə yaxşılaşır. Məsələn, Slovakiyaya məğlubiyyətə baxmayaraq, matçdan sonra pozitiv şərhlər yazılırdı. Rəqibləri təhlil edib, hər birinə qarşı doğru hazırlaşmalıyıq. Keyfiyyət fərqi də öz sözünü deyəcək. Düşünürəm ki, sensasiya edəcəyimiz matçlar olacaq. Hər oyuna çıxanda buna inanmaq və baş məşqçinin tapşırıqlarını doğru yerinə yetirmək lazımdır. Bunu bacarsaq, istənilən uğurlu nəticəyə ümid edə bilərik.
Azərbaycan millisi Belarusa da uduzdu
U-21 yığmamız Şimali Makedoniya ilə heç-heçə etdi
İran millisi DÇ-2026-nın final mərhələsində
"Mançester Yunayted"in Maquayr qərarı
Məşhur futbolçu karyerasını başa vurur
Azərbaycan - Belarus: Heyətlər
Salah "Əl-Hilal"a keçəcək, ya yox?
Platini: “FİFA prezidenti seçilməyimə mane oldular”
Azərbaycan - Belarus oyununda 1 dəqiqəlik sükut
Çalhanoğlu: "Məqsədim Çempionlar Liqasını qazanmaqdır"
A seriyasının transfer dəyəri ən çox artan futbolçuları
"Çelsi"nin hədəfi məlum oldu
"Real" son nöqtəni qoydu
Məhkəmədən Blatter və Platini barədə qərar
Azərbaycan - Belarus matçına nə qədər bilet satılıb?
"Fernandu Santuş üçün həqiqət anıdır" - Aleksey Baqa
Messi "Barselona"ya nə vaxt qayıdacaq?
Riçard Almeyda Braziliyada qol vurdu - Şəkillər
Ançelotti İtaliyada mükafatlandırıldı
Millətlər Liqası tarixinin ən gənc qolçusu oldu
Tanınmış qapıçı Ərəbistan klubuna keçəcək
PSV-nin futbolçusunda vərəm aşkarlandı
Poqbanın yeni klubu bəlli oldu
Şahruddin millinin heyətindən çıxarıldı
DÇ-2026-nın seçmə mərhələsində 2-ci tura yekun vurulur
İngiltərə və Polşadan növbəti qələbə
“Hədəfimiz kubokdur” - Ervin Koffi
“Dinamo”nun qələbəsi - Video
İmişlidə bolqollu oyun - Video
A seriyasında mövsümün ən yaxşı baş məşqçisi seçildi
Santuş və futbolçuları uşaq evində - Şəkillər
Azərbaycan çempionatında 4:6 hesabı - Video
Millimiz məşqə çıxdı - Şəkillər
Göygöldə 10, İmişlidə 6 qol vuruldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Bu, onsuz mümkün olmazdı"
Abdullazadə qələbəyə ümid edir
"Azərbaycan millisi müdafiə baxımından çox zəifdir“ - Santuş
Azərbaycanlı hakimlər Almaniya millisinin oyununda
Rafinya nümunə götürdüyü oyunçulardan danışdı
"Azərbaycanda oyun sürəti Belarusdan yüksəkdir"