"Yaxşı oynadıq. Razı qaldım. İlk hissədə qol vurmaq üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Qapımızda da epizodlar oldu. Oyunda diqtə edən tərəf idik".
QOL.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi Karlos Alos Azərbaycan yığmasına bu gün qalib gəldikləri yoldaşlıq oyunundan (2:0) sonra mətbuat konfrnasında deyib.
- Nəticələri nəzərə almasaq, Tacikistana qarşı oyun çətin keçdi, yoxsa Azərbaycana qarşı?
- Tacikistana qarşı matçdan fərqli idi. Amma bu gün çətin oyun oldu. Azərbaycan yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq. Heyətində yaxşı futbolçular var. İki il əvvəl biz Azərbaycana uduzmuşduq. Tacikistana hörmətlə yanaşırıq. Oradakı oyunu süni örtüklü meydançada keçirmişdik. Bu gün təbii örtüklü meydanda oynadıq. Fərqli matçlar olsa da, bu gün hardasa çətin oldu.
- Azərbaycanda oynayan belaruslu futbolçuları izləyirsiniz? "Kəpəz"in kapitanı Yeqor Xvalko...
- Bəli, əlbəttə izləyirik. Daim oynamaq lazımdır. Boqomolskinin hazırda oyun praktikası yoxdur. Amma millinin qapıları onun üzünə bağlı deyil. Sadəcə daim oynamaq lazımdır.
- Özünüz Azərbaycan millisinə başçılıq etsəydiniz, hansısa uğur əldə edə bilərdiniz? Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya, Ukrayna və Fransa millisi ilə qarşılaşacaq...
- Öz komandamda görəcəyim çox iş var(gülür). Bu suala mən cavab verə bilməyəcəm. Danimarka, Şotlandiya və Yunanıstanı analiz edəcəyik. Öz qrupumuzdur. Bizim də, Azərbaycanın da qrupda şansı var. Öz komandama fokuslanıram. Biz öz komandamıza inanırıq. Belarus və Azərbaycan üçün çətin görünə bilər. Amma inanmaq lazımdır. Əminəm ki, sizin millinin məşqçilər korpusu da inanır.(sportal.az)
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video