“Neftçi”nin böyük klub olduğunu bilirdim. Buna görə də məni transfer etmək istədiklərini öyrənəndə dərhal müsbət cavab verdim”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Ervin Koffi klubun televiziyasına müsahibəsində deyib.
O, hazırda komandada hər şeyin möhtəşəm olduğunu bildirib: “Bizim çox yaxşı azərbaycanlı futbolçularımız var. Əvvəllər azərbaycanlı futbolçuların bu qədər yaxşı olduğunu bilmirdim. Təlim-məşq mərkəzimiz də yenilənib. Hər şey möhtəşəmdir”.
Fransız müdafiəçi “Neftçi”nin baş məşqisi Samir Abasov haqda müsbət fikirlər səsləndirib: “Əla baş məşqçimiz var. Bilirəm ki,
Samir Abasov bir neçə il əvvəl “Neftçi” ilə çempionluq qazanıb. Buna görə də yaxşı məşqçidir. Komandaya gəldiyi gündən öz futbol fəlsəfəsini tətbiq etməyə başladı. Biz topa sahib olmaq və onu saxlamaq üzərində çoxlu məşqlər edirik. O, komandaya qoşulandan sonra daha yaxşı nəticələr əldə etməyə başladıq. Buna görə də hamımız xoşbəxtik və addım-addım inkişaf edirik. O, futbolla yaşayan insandır. Biz qol vuranda Samir Abasovun reaksiyasını görmək maraqlıdır. Həqiqətən də yaxşı məşqçidir”.
Misli Premyer Liqasının 22-ci turunda “Neftçi” səfərdə “Zirə” üzərində 2:1 hesablı qələbə qazanıb ki, qələbə qolunu da 90+3-cü dəqiqədə Ervin Koffi vurub: “Zirə” üzərində səfər qələbəsi qazanmaq və son dəqiqədə qol vurmaq çox fantastik idi. Hər oyunda belə qol vura biləsəm, əla olardı. Hamımız birlikdə atılıb-düşürdük. Sonra paltardəyişmə otağına qayıtdıq. Hər şey möhtəşəm idi”.
30 yaşlı futbolçu qeyd edib ki, cari mövsümdə hədəfləri ölkə kubokunu qazanmaqdır: “Motivasiyamız yüksəkdir. Məqsədimiz finala çıxmaq və kuboku qazanmaqdır. Hədəfimiz kubokdur. Bizi qarşıda “Sabah”la 2 vacib oyun gözləyir. Meydanda əlimizdən gələni etməliyik. Çünki bu, bizim məqsədimizdir”.
Sonda “Neftçi”nin müdafiəçisi komandanın azarkeşləri barədə də fikirlərini bölüşüb: “Bəzən beynimdə deyirəm ki, onlar çılğındırlar. Məsələn, “Kəpəz”lə oyunda qar yağırdı. Amma fanatlarımızın yarısı köynəksiz idi. Onlar əsl azarkeşdirlər. “Neftçi”ni və futbolçuları çox sevirlər. Biz də onları sevirik. Həm məğub olanda, həm də qalib gələndə onların bizim üçün hər şeylərini verdiklərini görmək məni sevindirir. Azarkeşlərimiz hər zaman bizimlədirlər”.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər