Azərbaycanlı hakimlər Almaniya millisinin oyununda

Azərbaycanlı hakimlər Almaniya millisinin oyununda
XƏBƏR 24 Mart 2025 / 15:20 1704
-  A +

Azərbaycanlı FİFA hakimləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar. 

QOL.az xəbər verir ki, onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək futzal üzrə Kipr – Almaniya matçını idarə edəcəklər. Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü hakim olacaq.

Hakimlərimizin idarəçiliyini belçikalı hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.07.26  20:36

Sabah püşkatmadır

topaz banner