Haiti millisinin baş məşqçisi Sebastien Minye sabah Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşü haqda danışıb.
QOL.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
"Bura gəldikdən komandaya meydana qələbə üçün çıxmağı aşılamışıq. İlk dəfə belə bir komandaya qarşı oynayacayıq. Avropa təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq".
Mütəxəssis Azərbaycan millisini təhlil etməyin çətin olmadığını bildirib: "Yaxşı platforma və skautlarımız var. Analitika komandamız böyük olmasa da, rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək nisbətən rahatdır. Rəqibi təhlil etmişik, yaxşı rəqibdir. Amma mən daha çox öz komandamın oyununu düşünürəm".
S. Migne heyətlə bağlı qərarlarından danışıb: "Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəyəm".
O, sonda bura gələn futbolçuların arasında zədəlilərin olmadığını qeyd edib.
"Latsio"da yeni müqavilə
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik