Bu gün Misli Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq.
QOL.az xəbər verir ki, 27-ci turun sonuncu oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə autsayder "Səbail" "Neftçi"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Neftçi" 31 xalla 6-cı yerə yüksəlib. "Səbail" isə 18 xalla sonuncu - 10-cu yerdədir.
Günün digər qarşılaşmasında "Turan Tovuz" "Sumqayıt"la üz-üzə gəlib. Matç "kimyaçılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Sumqayıt" 28 xala 7-ci yerdədir. "Turan Tovuz" isə 43 xalla 4-cüdür.
Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında "Turan Tovuz" qələbə qazanıb - 1:0, 2:4.
16 mart
18:30.“Turan Tovuz” – “Sumqayıt” - 1:2
Qollar: Ayxan Hüseynov (1:0), 8, Ayxan Süleymanlı, 17 (1:1), Bobir Abdixolikov, 68 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Zöhrab Abbasov
Tovuz şəhər stadionu
16:00.“Səbail” – “Neftçi” - 1:2
Qollar: Filip Ozobiç, 17 (0:1), Elvin Camalov, 29 (0:2), Rüfət Abdullazadə, 43 (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
ASCO Arena
14 mart
“Araz-Naxçıvan” - “Şamaxı” - 1:1
15 mart
“Kəpəz” - “Qarabağ” - 0:0
“Sabah” - “Zirə” - 1:1
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 11 qol
Cesse Sekidika ("Sabah") - 10 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Davit Volkov ("Zirə") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol
"Real" son nöqtəni qoydu
İmişlidə bolqollu oyun - Video
A seriyasında mövsümün ən yaxşı baş məşqçisi seçildi
Santuş və futbolçuları uşaq evində - Şəkillər
Azərbaycan çempionatında 4:6 hesabı - Video
Millimiz məşqə çıxdı - Şəkillər
Göygöldə 10, İmişlidə 6 qol vuruldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Bu, onsuz mümkün olmazdı"
Abdullazadə qələbəyə ümid edir
"Azərbaycan millisi müdafiə baxımından çox zəifdir“ - Santuş
Azərbaycanlı hakimlər Almaniya millisinin oyununda
Rafinya nümunə götürdüyü oyunçulardan danışdı
"Azərbaycanda oyun sürəti Belarusdan yüksəkdir"
4-cü dəfə La Liqada ən yaxşısı seçildi
DÇ-2026-nın final mərhələsinə vəsiqə qazandılar
Elxan Abdullayevin 1:4 məğlubiyyətinə şərhi
“Elə heç-heçələr Azərbaycanda ciddi nəticə sayılmır”
Türk hakim milli komandaların oyununu yarımçıq tərk etdi
Oyundan sonra İnstaqramda Ardaya tikanlı atmaca atdı - Şəkil