Adı Azərbaycanın U-21 yığması ilə hallanan əsas millimizin sabiq məşqçisi Arif Əsədov yayılan xəbərlərə münasibət bildirib.
O, QOL.az saytına açıqlamasında AFFA-dan belə bir təklif aldığını bildirib:
“İndi bununla bağlı bir şey deyə bilmərəm. Yaxın günlərdə yəqin ki, İcraiyyə Komitəsi qərar verəcək. Mənə AFFA-dan müraciət ediblər və fikrimi öyrəniblər. Mən isə bu təklifə müsbət yanaşmışam”.
A.Əsədov qeyd edib ki, hazırda U-21-də problemlər olsa da, bu komandanı da irəli aparmaq mümkündür: “Bizdə aşağı yaş qrupları üzrə millilərdə problemlər mövcuddur. Neçə illərdir ki, bunu görürük. U-21-də də oyunçu çatışmazlıqları var. Amma mümkünsüz bir şey deyil. Əsas odur ki, düzgün iş qurasan. Mərhələli şəkildə istəyə çatmaq olar. Düzgün seleksiya aparmaqla inkişafa nail olmaq mümkündür. Təbii ki, futbolçu oynamalıdır ki, inkişaf etsin. Bizdə həmişə U-21 millisində oyun təcrübəsi sarıdan problemlər olub. Bir müddət əvvəl U-21 millisi üçün məcburi limit qoyulmuşdu. O da istənilən effekti vermədi. Çünki demək olar ki, klublarda 21 yaşadək futbolçulardan ancaq hücumameyilli oyunçulara şans verilirdi. U-21-də cinah və mərkəz müdafiəçiləri tapılmırdı. İndi isə legioner limiti ləğv olunub. Dediyim kimi, müəyyən limitlər olduğu halda da problemlər yaşanırdı. İndi bu yeni sistemi də sınayaq. Görək hansı effekti verəcək. Təbii ki, ilk illərdə bütün milli komandalarımız əziyyət çəkəcək. Buna hazır olmalıyıq. Bilmirik, bəlkə də tam əksi olacaq”.
Azərbaycanın əsas millisi bu ay Belarus və Haiti, iyunda isə Macarıstan və Latviya ilə yoldaşlıq görüşü keçirəcək. Millimizin rəqibləri haqda danışan A.Əsədov qeyd edib ki, onların arasında ən maraqlı olanı Haiti yığmasıdır: "Bu gün rəqiblərimiz haqqında kimsə “zəifdir” deyə bilər. Amma hazırda durumumuz elədir ki, bizə də zəif gözü ilə baxırlar. Bu oyunlarda qalib gəlmək ona görə vacibdir ki, komandada qələbə ruhu formalaşsın. Son qələbəmiz Qazaxıtanla oyunda (11 iyun, 2024-cü il – red.) olub. Ondan sonra isə millimiz cəmi bir heç-heçə edib və digər oyunlarda uduzmuşuq. Nəticədə Millətlər Liqasında D liqasına düşmüşük.
Latviya, Macarıstan və Belarusla oyunlarımız olub. Macarıstana qalib gələ bilməmişik, amma digər iki rəqibi üstləyə bilmişik. DÇ-2026-nın seçmə mərhələsi öncəsi Macarıstanla oyun bizim üçün son test ola bilər. Seçmə mərhələyə hansı səviyyədə hazır olduğumuzu həmin görüşdən sonra biləcəyik. Haiti millisinə də kimsə zəif gözü ilə baxa bilər. Amma onlar FİFA reytinqində bizdən öndədirlər. Bu milli ilə oyun maraqlıdır. Çünki ilk dəfə qarşılaşacağıq. Onların futbol fəlsəfəsi də, mədəniyyəti də başqadır. Belə bir komanda ilə görüş də millimizin xeyrinə olacaq. Komandamız uğurlar arzulayıram”.
Ramiq Ağaməmmədov
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?