İspaniya La Liqasının 26-cı turunda "Betis"lə keçirilən oyun (1:2) "Real"ın futbolçusu Junior Vinisius üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, braziliyalı vinger Madrid klubunda 300-cü matçına çıxıb.
24 yaşlı futbolçu 2018-ci ilin yayından "Real"da çıxış edir. Vinisius bütün yarışlarda 300 matçda 102 qol vurub və 76 məhsuldar ötürmə edib. O, “Real”la iki dəfə Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb, üç dəfə İspaniya çempionu olub və eyni sayda İspaniya Superkubokunu qazanıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
La Liqada 400-cü oyun
Simiç tarixə belə düşdü
Avropa Liqasında 12 oyun
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı