"Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 21-ci turunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:
- Tovuzda olmaq mənim üçün çox xoşdur. Buranı çox sevirəm. Futbolçu vaxtı ilk addımlarımı burada atmışam, məşqçi kimi də burada çalışmışam. Həddən artıq güclü komandaya qarşı oynayırdıq. Son transferlər güclərinə güc qatıb. Rəqib ciddi təhlil etmişdik. İki fərqli hissə izlədik. Qələbə qazanmağı çox istəyirdik. Amma Bakıya 1 xalla qayıdırıq. Səhvlərimiz var. Onların üzərində işləyəcəyik.
- Rüfət Abdullazadə son iki matçda start heyətində yer almır. Onu gizli silah kimi istifadə edirsiniz?
- Yox, gizli silah deyil. Sadəcə zədəsi var idi, risk etmək istəmirdik. Tonusdan düşdüyü üçün onu sonradan meydana buraxdıq.
- Əsas rəqibiniz "Kəpəz" də qələbələr qazanır. Bu rəqabət sizi narahat etmir?
- Rəqabətə hər zaman hazır olan insanam. Komandanı buna görə kökləməyi xoşlayıram. Çəkinmirik. Oyun baxımından inkişaf edirik. O zaman narahat olaram ki, oyun baxımından heç nə etmirik. Hələ qarşıda 15 tur var. İnanıram ki, yuxarı pillələrdə ola bilərik.
- Fiziki baxımdan çatışmazlıqları aradan qaldıra bilərsiniz?
- Bunu siz daha yaxşı görə bilərsiniz. 90-cı dəqiqədə ayağını tutub yerdə qalan futbolçumuz yoxdur. Hakimin ikinci hissəyə 3 dəqiqə əlavə etməsini doğru hesab etmirəm. VAR-a baxılıb, əvəzetmələr olub, rəqib azlıqda qalıb. 30 saniyənin, 1 dəqiqənin bizim üçün önəmi böyükdür. Oyunda pauzalar oldu, 3 dəqiqə çox az idi. Sonuncu hücum yekunlaşsa, bəlkə biz qol vura bilərdik. Ona belə imkan vermədi. (sportal.az)
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video