"Çox çətin oyunu oldu. Bundan əvvəlki 4-5 turda da "Şamaxı" yaxşı idman forması, yüksək peşəkarlıq göstərmişdi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 20-ci turunda "Şamaxı"ya qalib gəldikləri matç (2:1) haqqında danışarkən deyib.
Mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında əvvəlcə matç haqqında ümumi fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.
- Bugünkü görüş haqda futbolçularımızla əvvəlcədən danışanda bizim üçün çox ağır keçəcəyini bilirdik. Belə səfərlərdə önə çıxan sənin yüksək oyun nizam-intizamın və xarakter göstərməyindir. Qola qədər oyun kəşfiyyat xarakteri daşıyırdı. Hər iki komanda daha çox taktiki mübarizə aparırdı. Qol buraxdıqdan sonra isə futbolçularımz çox yaxşı reaksiya verdilər. Hücuma atıldıq və standart vəziyyətdən fəqləndik. İkinci hissədə isə meydanda daha əzmkar oyun getdi. Biz daha dəqiq olduq və uğur qazandıq. Amma "Şamaxı" da əla çıxış etdi.
- 1-ci hissədə oyununuz alınmırdı. Bunun səbəbi nə idi?
- İlk hissədə rəqib çox aqressiv pressinq edirdi. Matçın əvvəlində 4-5 dəfə top itkimiz oldu. Daha sonra arxadan oyun qurmaqda inamsızlıq yarandı. Rəqib isə tam əksinə, meydanda daha inamlı oynadı. 1-ci hissədə oyunumuz alınmırdı. Amma 2-ci hissədə hər şey bizim üçün daha yaxşı oldu. Həm oyun baxımından toparlandıq, həm də hesabda önə çıxdıq. Son 10-15 dəqiqədə isə "Şamaxı" üzərimizə yüklənirdi. Bizim də yaxşı əks-hücumlarımız oldu. Lakin təəssüf ki, yararlana bilmədik. 1 qol vura bilsəydik, oyun bizim üçün daha rahat bitərdi. Düşünürəm ki, çox önəmli 3 xal qazandıq.
- Oyun bitdikdən dərhal sona Ruan Renato ilə Aydın Bayramov arasında nə baş vermişdi?
- Mən orada nə olduğunu görmədim. Ayxan Abbasovla sağollaşdım, sonra azarkeşlərimizə tərəf döndüm. Bir də baxdım ki, onları ayırırlar. İnşallah, ciddi bir şey olmaz. Həqiqətən də gərgin və stressli oyun idi. Belə şeylər məşqlərdə də, oyunlarda da olur. Mən bizim kollektivimizin mehribanlığına və bir-birinə olan hörmətinə çox güvənirəm. Nə olduğunu bilmirəm, amma paltardəyişmə otağında dərhal bir-biri ilə qucaqlaşdılar. Nə olmuşdusa, meydanda da qaldı.
- Son dəfə "Neftçi"yə məğlub olmuşdunuz. Yəni, 2 aydır, qələbə qazanırsınız. Çempionatın əvvəlindəki gərginliyin azaldığını demək olarmı?
- Ötən tur göstərdi ki, bizi mövsümün 2-ci yarısında nə gözləyir. Biz bu gün onu öz üzərimizdə yaşadıq. "Şamaxı"nın səfərdə "Qarabağ"la inamlı oynaması, "Səbail"in "Sumqayıt" üzərində, "Kəpəz"in "Turan Tovuz" üzərində qələbə qazanması, "Neftçi" - "Sabah" matçındakı sürət, dinamika... Hamımıza aydın oldu ki, 2-ci hissədə bizi nə gözləyir. Açığı, bugünkü matç heç-heçə ilə bitsəydi də, mən bunu uğurlu nəticə hesab edəcəkdim. Çünki "Şamaxı"nın son oyunları ortadadır. Yeni transferləri də əsas heyətdə oyuna başlayır. Artıq çempionatımızda güclər bərabərləşib. Görünür ki, məsələni xırda detallar həll edəcək.
- "Zirə" çempionatın qarşıdakı gərgin hissəsinə psixoloji cəhətdən hazırdır?
- Heç vaxt gələcəklə bağlı proqnoz vermək olmur. Məsələn, mən startda tam fərqli oyun gözləyirdim. Bilmirsən ki, sabah necə, nə cür olacaq. Amma düşünürəm ki, futbolçularım həm tək, həm də kollektiv şəkildə psixoloji cəhətdən daha diqqqətli olmalı, rəqibləri təhlil etməlidirlər. Hər rəqibin öz fəlsəfəsi, oyun tərzi var. Bu, 3-4 il əvvəlki çempionat deyil. 3-4 komanda çempionatda qalmaq üçün, 3-4 komanda avrokuboklar üçün mübarizə aparırdı. Bu gün isə hamı bir-biri ilə başabaş oynayır. Daha da məsuliyyətli olmaq lazımdır.
"Çelsi"yə qarşı matçı buraxacaq
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Azarkeşlərə görə matçı boykot edə bilərlər
"Barselona"dan yeni rekord
“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
“Şəfa”ya kubok nə zaman təqdim olunacaq?
Hakimin səhv qərar verdiyi təsdiqləndi - Şəkil
Afrika Millətlər Kuboku dörd ölkədə keçirilə bilər
"Xankəndi"ni çempion edən matçdan - Video
Dembele yenidən zədələndi
Türkiyə millisinin DÇ-2026 üçün - Genişləndirilmiş heyəti
Region Liqasının qalibi bəlli oldu
“Qarabağ” yeni transferi rəsmən elan etdi
2-ci liqa: "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
"Şəmkir"in kapitanı meydanı ambulansda tərk etdi
“Qalatasaray”la vidalaşdı
Kazemiro son matçında kövrəldi - Video
Xorvatiyanın DÇ-2026 üçün heyəti
Yamal dünya çempionatının ilk matçlarını buraxa bilər
“Zirə”dən başqa hər komanda öz yerini tutdu” - Şahin Diniyev
"Barselona" Fliklə müqaviləni uzatdı - Rəsmi
“Qarabağ”da bir çox futbolçu uğurdan doyub” - Müsahibə
Sergen Yalçın "Beşiktaş"dan getdi
“Real”da Karvahal dövrü bitir - Rəsmən açıqlandı
Simeone: "Atletiko"da işləməyə davam edəcəyəm"
“Sabah”ın 14 mümkün rəqibindən 13-ü bəllidir - Siyahı
Flik: "Levandovski son 20 ilin ən yaxşı hücumçusudur"
Zamiqin komandasından darmadağın
Mourinyo yenidən “Real”da - 2 illik müqavilə
Ukrayna millisinin yeni baş məşqçisi açıqlandı
Daha bir millinin DÇ-2026 üçün heyəti məlum oldu
“Kəpəz”in futbolçusu 200-ə çatdı
“Ayntraxt” baş məşqçisini qovdu
Nərimanın baş məşqçisi istefaya göndərildi
Ramalinqomun yubiley qolu
Abubakar “Neftçi”dən ayrılıb bu kluba keçir? - Yeni iddia
Qrizmann "Barselona"ya keçidinə görə üzr istədi
Məşqçiyə hücum edildi, oyun yarımçıq dayandırıldı - Video
"Neftçi"nin vacib qələbəsi - Video
Əjdərovdan Avropa çempionatında bürünc medal
"Zirə" "Sumqayıt"a belə qalib gəldi - Video
Azərbaycan millisi Avropa ikincisi oldu
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?