Bir neçə mövqe üzrə futbolçu axtarışında olan “Qarabağ” bu qış futbolçu transfer etməyəcək.
QOL.az-ın əldə etdiyi xəbərə görə, hazırda klub ən çox hücum və mərkəz müdafiə xətti üçün oyunçu axtarışındadır. Bununla bağlı bir neçə əcnəbi oyunçu və onların klubu ilə danışıqlar aparılsa da, tam razılıq əldə edilməyib.
Hazırda da bəzi oyunçulara görə danışıqlar davam edir. Lakin həm baş məşqçi Qurban Qurbanov, həm də klub keçidin bu qış alınması ehtimalının az olması ilə artıq barışıblar.
“Qarabağ”ın Avroliqada pley-off mərhələsinə düşmək şansı azalıb, yerli çempionatda isə komanda uğurlu çıxışını davam etdirir. Bu səbəbdən güman ki, klub daxildə mövsümü indiki heyətlə də birinci yerdə bitirib Çempionlar Liqasına düşə biləcəyi qənaətindədir.
Odur ki, “Qarabağ”ın yayda bir neçə mövqe üzrə transfer edəcəyi şübhəsizdir. Bəzi məlumatlara görə, müəyyən futbolçularla indi razılıq əldə edilib, lakin keçid yayda baş tutacaq. Çünki futbolçuların məxsus olduğu klublar çempionatlar gərgin fazaya qədəm qoyduğu vaxtda əsas oyunçuları ilə yolları ayırmaq istəmirlər.
Bizə çatan xəbərə görə, yayda “Qarabağ” heyətinə ən azı güclü bir hücumçu, mərkəz və cinah müdafiəçisi qatmaq niyyətindədir. Amma eyni zamanda klub Benzianın əvəzləyicisi olacaq pleymeykerin transferini də düşünür.
Qeyd edək ki, bu qış “Qarabağ” hücumçusu Juninyonu Braziliyanın “Flamenqo” klubuna satıb. Bu səbəbdən hazırda komandaya əlavə mərkəz hücumçusu lazımdır.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi