“Flamenqo”nun baş məşqçisi Felipe Luis “Qarabağ”dan transfer etdikləri Juninyo barədə fikirlərini bildirib.
QOL.az Braziliya mətbuna istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis yeni hücumçuları haqda danışarkən onun barəsində müsbət sözlər deyib və onun komandasına çox fayda verəcəyini söyləyib.
“Atletiko” Madriddəki çıxışları ilə tanınan Felipe Luis keçirdiyi mətbuat konfransında bildirib:
“Juninyo bizə qoşuldu. Onun hücum xəttimizi gücləndirəcəyinə şübhəm yoxdur. O, oyun modelinin tələb etdiyi xüsusiyyətlərə malik hücumçudur və bizə çox köməyi dəyəcək. Komandanın səviyyəsini, məşq mədəniyyətini yüksəldəcək. Juninyo böyük ambisiyaları olan futbolçudur”.
Xatırladaq ki, Juninyo bugünlərdə “Flamenqo” ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı