Xəbər verdiyimiz kimi, "Qarabağ"ın hücumçusu Juninyo son anda İspaniyanın "Sevilya" klubuna keçməkdən imtina edib. O, karyerasını ölkəsinin "Flamenqo" klubunda davam etdirmək istəyir.
QOL.az xəbər verir ki, hazırda Rio-De-Janeyronun "Flamenqo" və "Qarabağ" klubları arasında danışıqlar gedir.
Braziliyanın "Globo" nəşrinin yaydığı məlumata görə, danışıqlarda məqsəd Ağdam klubunun hücumçusu Juninyonun tranfsferinə nail olmaqdır.
Məlumatda bildirilir ki, ötən həftənin istirahət günlərindən birində "Flamenqo"nun baş məşqçisi Felipe Luis Juninyoya zəng edib. Futbolçu kimi "Atletiko" Madriddəki çıxışı ilə azarkeşlərə tanış olan, 2024-cü ildən "Flamenqo"nun baş məşqçisi işləyən Felipe Luis telefon danışığı zamanı Juninyonu komandasına keçməyə inandıra bilib. Məhz bundan sonra 28 yaşlı hücumçu "Sevilya"ya keçməkdən imtina edib.
Bildirilib ki, futbolçuya bu zəngin təsiri böyük olub. "Telefon zəngi zamanı Felipe Luis deyib ki, Juninyo klubun yeni prezidenti Balın dövründə komandasının əsas oyunçusu olacaq" - deyə nəşr yazıb.

Məlumata görə, "Flamenqo" artıq bu həftənin 5-ci günü Juninyo ilə müqavilə bağlamaq və futbolçunu ABŞ-da keçiriləcək təlim-məşq toplanışına cəlb etmək istəyir. Müqavilənin müddətinin 3 il olması nəzərdə tutulur.
Amma sənədin imzalanması elə də asan olmayacaq.
Çünki yazıda bildirilib ki, "Qarabağ" Juninyonun "Sevilya"ya son anda keçməkdən imtina etməsindən narazı qalıb. Bildirilib ki, Azərbaycan klubu bir neçə həftə davam edən danışıqlarda "Sevilya" ilə bütün məsələləri razılaşdırıbmış.
Bildirilir ki, hazırda Juninyonun Braziliya təmsilçisinə transferində əsas maneə "Qarabağ"ın qoyduğu şərtlərdir.
Daha əvvəl İspaniyanın nüfuzlu “Marca” qəzeti yazıb ki, Juninyonun “Sevilya”ya transferi son anda baş tutmayıb. Nəşr bildirib ki, Braziliya klubu "Qarabağ"ın futbolçusuna ispanların təklif etdiyindən 3 dəfə artıq maaş verir. Bu səbəbdən 28 yaşlı hücumçu fikrini dəyişməli olub.
Başqa bir xəbərə görə, "Flamenqo" bu transferin baş tutacağı halda "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu