"Globe Soccer Awards" mərasimində Yaxın Şərqin 2024-cü il üzrə ən yaxşı futbolçusu seçilən Kriştiano Ronaldo yeni açıqlaması ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, Portuqaliya millisinin və "Əl-Nəsr"in ulduzu Fransa və Səudiyyə Ərəbistanı çempionatlarını müqayisə etdiyi açıqlamasını təkrarlayıb və bir daha diqqəti öz üzərinə çəkib.
39 yaşlı forvard mükafatlandırma mərasimində "Səudiyyə Ərəbistanı çempionatı Fransa Liqa 1-dən daha yaxşıdır" sözlərini xatırladıb. O deyib: "Sözümün arxasındayam. Səudiyyə Ərəbistanı çempionatı Fransa Liqa 1-dən daha yaxşıdır. Fransada sadəcə PSJ var. Başqa komanda yoxdur".
Səs-küyə səbəb olan bu açıqlama xüsusilə də fransalı futbolsevərlərin diqqətini çəkib.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayında "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalayıb. O, bu mövsüm komandası üçün 19 matça çıxıb, 16 qol vurub və 3 qolun ötürməsini verib.
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir
Avropanın TOP klubları gürcü futbolçu üçün mübarizədə
Nə qələbə var, nə heç-heçə, nə hücum var, nə müdafiə...
Runi məşhur realiti-şouya qatılacaq