"Mançester Siti" rəhbərliyi qış transfer pəncərəsində komandada əsaslı dəyişikliklər etməyi planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə “Daily Record” məlumat yayıb.
Klub rəhbərliyi komandanın uğursuz nəticələrinə görə narahatdır. Onlar vəziyyətdən çıxış yolunu heyətdə böyük dəyişikliklər etməkdə görürlər.
"Mançester Siti" əsas heyətdən ən azı 5 və ya 6 futbolçu ilə yolları ayırmağı planlaşdırır.
Klubun bu qış prioriteti yarımmüdafiəçi tapmaq olacaq. Əsas namizədlər isə Martin Subimendi (“Real Sosyedad”) və Bruno Gimaraeşdir (“Nyukasl”). Klub həmçinin “Yuventus”un qapıçısı Mişel Di Qreqorioya da göz dikib.
Qeyd edək ki, Premyer Liqanın 17 turundan sonra "Mançester Siti" 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır. Komanda keçirdiyi son 12-matçın 9-da uduzub.
"Barselona"nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
FİFA prezidentinin maaşı 4 dəfə artıb
“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Çelsi" evdə qələbə qazandı
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?
“Turan Tovuz” ev oyunlarını yenə Bakıda keçirəcək
“Neftçi”də yeni transfer olacaq? - Yuri Vernidub danışdı
Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi
Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
"Real" "Levante"yə qalib gəldi
“Turan Tovuz”un ilk sınağı uğursuz oldu
"Çelsi"dən gənc müdafiəçi üçün 50 milyonluq təklif
Mançester derbisində möhtəşəm qələbə qazandılar
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Fənərbaxça"nın futbolçusu sıradan çıxdı
“Sabah”dan 9 qollu qələbə