"Təbii ki, xoşbəxtəm və komandamla fəxr edirəm. Çox ağır matç idi".
QOL.az xəbər verir ki, bu sözləri "Elfsborq"un baş məşqçisi Oskar Hilyemark UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
İsveç klubunun 32 yaşlı çalışdırıcısı iki fərqli hissə oynadıqlarını bildirib: "İlk hissədə çoxlu texniki səhvlər etdik. Meydança son dərəcə sürüşkən və topu idarə etmək çətin idi. İkinci hissədəki oyunumuzdan isə razı qaldım".
"Elfsborq" "Qarabağ"a qalib gəlməklə 24-cü pilləyə yüksəlib. Komanda yerini qoruya bilsə, növbəti mərhələyə yüksəlmək üçün pley-off oyunlarında iştirak edəcək. Hilyemark qazandıqları 3 xalın olduqca vacib olduğunu qeyd edib: "Yeni il öncəsi hər kəs üçün gözəl qələbə oldu. Qələbə qazanmasaydıq, şanslarımız xeyli azalacaqdı. Bu, məni çox qürurlandırdı. Böyük komandalara qarşı yaxşı səviyyədə oynaya bilirik. Düşünürəm ki, biz harada olduğumuzu nəzərə alaraq fantastik səy göstəririk".
"Qələbəyə çox inanırdım" - Azər Bağırov
"Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev
"Sumqayıt" 1/4 finala belə adladı - Video
Azərbaycan kubokunda bütün 1/4 finalçılar müəyyənləşdi
"Cəzam çox ağırdır, çünki heç kimi öldürməmişəm" - Saşa İliç
Messi Finalissimada oynayacaq, ya yox?
Emre Belözoğlu yenidən Superliqada
“Real”dan "Neqreyra işi" ilə bağlı ciddi addım
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Qəbələdə vurulan qollar - Video
Sumqayıtda heyətlər açıqlandı
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
"Mövsümün sonuna kimi yatmaq yoxdur" - Kaxaber Tsxadadze
Belarus millisinin baş məşqçisi istefaya göndərildi
2030-cu ilə qədər Serbiya millisində
Emeri yeni rekordçu oldu
"Qarabağ" - "Ayaks" matçının biletləri satışa çıxdı
"Seltik" ona tapşırıldı