“Lion”un (Fransa) gürcüstanlı hücumçusu Georges Mikautadze UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakıda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- “Qarabağ” üzərində qazanılan qələbəni necə şərh edərdiniz?
- İlk hissədə oyunumuz bir qədər çətin keçdi. Lakin fasilədə baş məşqçimiz taktikanı dəyişdi. Belədə işimiz daha asan oldu. Bu səbəbdən də ardıcıl qollar vurduq.
- Bu cür hesabla qələbə qazanacağınızı gözləyirdiniz?
- Bakıya qələbə üçün gəlmişdik. Düzdür, bu hesabla qalib gələcəyimizi gözləmirdik. Lakin qələbə bizə çox lazım idi. Hədəfimiz 3 xal idi və buna da nail olduq.
- “Qarabağ”ın potensialını necə dəyərləndirərdiniz?
- “Qarabağ” çox yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Bu matçda da fərqlənmək üçün xeyli şansları oldu. Yaxşı ki, qol imkanlarını dəyərləndirə bilmədilər. Biz isə ardıcıl qollar vura bildik. “Qarabağ”ı komanda kimi bəyəndim.
- Qonşu Azərbaycandan hansı hisslərlə ayrılırsınız?
- Şəhər gəzintisi zamanı Bakını çox bəyəndim. Ola bilər ki, gələcəkdə istirahət üçün bura qayıdım.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir