UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Avropa ölkələrinin liqalarında yaranmış fasilə bu gün başa çatır.
QOL.az xəbər verir ki, bu gün Almaniya 2-ci liqasında da oyunlar bərpa olunub.
13-cü turun qarşılaşmasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Nürnberq" səfərdə 1-ci bundesliqaya vəsiqə uğrunda yarışan "Paderborn"la qarşılaşlb.
M.Emreli əsas heyətdə yer alıb və sonadək meydanda olub.
8-ci dəqiqədə M.Emreli gözəl qol ötürməsi edib və Soares hesabı bərabərləşdirib - 1:1. Oyunun yekun nəticəsi isə 3:2 meydan sahiblərinin xeyrinə başa çatıb. "Paterborn" qələbə qolunu matçın son saniyələrində - 90+6-cı dəqiqədə vurub.
21:30. "Paderborn" - "Nürnberq" - 3:2
Qollar: Qrimaldi, 6 (1:0), Soares, 8 (1:1), Tsimas, 51 (1:2), Obermair, 54-pen. (2:2), Brackeimann, 90+6
Bu qələbədən sonra xalını 24-ə çatdıran "Paderborn" liderliyə yüksəlib. "Nürnberq" isə 13 oyundan 18 xalla 8-ci pillədədir.
Qeyd edək ki, M.Emreli bu mövsüm "Nürnberq"lə bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 4 qol vurub (3-nü 2-ci bundeliqada, 1-ni Almaniya kubokunda), 1 qolun isə ötürməsini edib.
***
"Bild" qəzetinin yazdığına görə, Mahir Emreli millinin düşərgəsindən zədəsiz qayıdıb. Bu səbəbdən onun bugünkü matçda start heyətdə olacağı gözlənilir. Baş məşqçi Miroslav Kloze isə ümid etdiyini bildirib ki, Emreli oyuna qədər hazır olacaq. O, həmçinin inandığını ifadə edib ki, Emreli Azərbaycan millisinin düşərgəsində olarkən yaxşı hazırlıq keçib.
Əlavə edək ki, "Nürnberq"in matç üçün sosial şəbəkələrdə yaydığı posterdə M.Emreli qeyd olunub.

Səfərdə 700-cü qol
Şirvanda futbol günü
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli
“Qarabağ” çempion olmaq istəyir” - Savo
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı
Emilianonun çənəsi qırılıb - Şəkil
"Fənərbaxça"nın böyükhesablı qələbəsi - Video
"Barselona" və "Atletiko" qalib gəldi